Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:53

ATƏT sədri Eamon Gilmor Bakıya gəlib


ATƏT sədri Eamon Gilmore
ATƏT sədri Eamon Gilmore
“Son günlər cəbhə xəttində baş verən insidentlər ATƏT sədri kimi məni ciddi narahat edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycana səfəri zamanı beynəlxalq hava limanında
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmore deyib.

O qeyd edib ki, Bakıda keçirəcəyi görüşlərdə əsasasın Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Sabah Eamon Gilmorenin Azərbaycan rəsmiləri və siyasi partiyaların nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Ermənistanda Dağlıq Qarabağa səfər barədə ona edilmiş təklifə gəldikdə isə ATƏT sədri qeyd edib ki, münaqişə zonasına getmək fikrində deyil.

Eamon Gilmore regiona səfəri çərçivəsində iyunun 11-də Ermənistanda, 12-də isə Gürcüstanda olub.
XS
SM
MD
LG