-
İyunun 16-da dünyanın bir çox ölkələrində Blüm günü qeyd edilir.
Blüm məşhur irland yazıçısı James Joyce-un "Uliss" romanının qəhrəmanıdır.
Təbii ki Blüm günü ən təntənəli şəkildə yazıçının vətənində keçirilir.
Coyssevərlər romandan parçaların ictimai oxunuşunu təşkil edir, Blümün və onun dostu Stiven Dedalın Dublindəki "marşrutu" üzrə hərəkət edirlər.
Dublində hətta onların "azıb" marşrutdan yayınmaması üçün xüsusi lövhələr də var.
Bir çox ədəbiyyatsevərlər 100 il əvvəlin kostyumlarını geyirlər.
Romanda adı çəkilən yeməklərdən sifariş edirlər.
Məsələn, italyan pendiriylə buterbrod, qızardılmış qoyun böyrəyi, bir stəkan burqund şərabı...
Keçən əsrin əvvəlində bu roman dünya ədəbiyyatı tarixində YENİ bir söz idi.
Özünə qədər cəmiyyətdə, mədəniyyətdə, ədəbiyyatda mövcud olan steretipləri darmadağın edən bir roman...
Bu roman dünya ədəbiyyatına yön verən şedevrlərdən oldu.
Coysun şah əsəri olan "Uliss" romanında baş qəhrəman Leopold Blümun həyatının bir günü - 16 iyun təsvir edilir.
Blüm günü 1954-cü ildən qeyd edilir.
O zaman - romandakı hadisələrin baş verməsindən 50 il keçməsini qeyd etmək istəyən rəssam, tənqidçi John Ryan və yazıçı Flann O"Brien Blümün əsərdə Dublini gəzdiyi küçələr - "Blüm marşrutu" üzrə gəzintiyə çıxmışdılar.
İndi Blüm günündə coyssevərlər də həmin marşrutla yürüşə çıxır, Dublindəki Coys qülləsində onun əsərindən parçalar oxunur.
Heyranları Coysu yad edirlər.
Blüm Dublini gəzərkən pablara da baş çəkir.
Bayram tədbirlərinə qatılanlar da bunu unutmur, həmin pablarda toplaşırlar.
Bəziləri hətta əsərdə gecə Blümün baş çəkdiyi fahişəxananın vaxtilə yerləşdiyi rayona da gedib çıxırlar.
Coysun ən çılğın fanatları isə 16 iyun münasibətilə qiraət marafonu təşkil edir.
"Uliss"in sürətlə oxunuşu bəzən 36 saat çəkir.
Yazıçı həyat yoldaşı Nora ilə birlikdə 1904-cü ildə İrlandiyanı tərk edib. O "Uliss"i mühacirətdə yazıb. 1912-ci ilə qədər Vətənə neçə səfər nəzərə alınmasa yazıçı 37 il mühacərtdə yaşayıb.
Ötən il Ceyms Coysun əsərləri ictimai mülkiyyətə keçib və onları istənilən şəxs çevirib çap edə bilər.
Yazıçı 1941-ci ildə vəfat edib və yazıçının yaxınlarına keçmiş müəlliflik haqlarının qüvvədə olduğu 70 illik müddət başa çatıb.
"Uliss" hələ də Azərbaycan dilinə çevrilməyib...
Həmçinin oxu
"Uliss" romanı haqda daha ətraflı