Bundan sonra yapon ədəbiyyatını ayaq yolunda da oxumaq mümkün olacaq.
Yapon yazıçısı Koji Suzuki əsərlərinin tualet kağızında ingiliscə çap edilməsinə razılıq verib.
Özü bu layihəni Yaponiya hökuməti dəstəkləyir.
Bu, “yapon ədəbiyyatının xarici ölkələrdə təbliği üzrə dövlət proqramı” çərçivəsində ediləcək.
Suzuki özünün “ujas” əsərləri ilə tanınır. Tualet kağızında çap olunan hekayə də belə qorxuncdur.
Adı isə xeyli dərəcədə yerinə düşür: "Drop" (“Burax”).
Rulonun üzərində “dünyanın ən qorxunc tualet kağızı” yazılıb.
3 ildir ki, yapon dilində çap edilmiş belə “bədii” tualet kağızları satışdadır.
İndiyəcən Yaponiyada 300 min belə rulon satılıb.
Qiyməti isə 200 yen, yəni təxminən 2 manatdır. Bu, adi tualet kağızından on dəfə bahadır.
Tualet kağızının Şizuoka rayonunda yerləşən “Hayashi Paper Co” şirkəti buraxır.
Şirkətin 30 işçisi var.
“Bədii” tualet kağızı ideyası şirkətin prezidenti Hiroyuki Hayaşinin ağlına gəlib.
Bundan sonra o, yazıçı ilə əlaqə saxlayıb və “Burax” hekayəsi məhz bu layihə üçün yazılıb.
Iyunun 14-də Yaponiyanın ticarət naziri Yukio Edano Hayaşi and Suzuki ilə görüşərək layihəyə dəstəyini ifadə edib.
“Ümid edirəm ki belə ideyalarınız çox olacaq” – deyən Edano rulonların birini açıb. Amma bundan o yana getməyib...