Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:57

İran səfiri Bakıya qayıdır


8 may 2012. Təbrizdə Eurovision Bakı finalına qarşı etiraz aksiyasının iştirakçıları bu yarışı seksual azlıqların nümayişi adlandırırlar
8 may 2012. Təbrizdə Eurovision Bakı finalına qarşı etiraz aksiyasının iştirakçıları bu yarışı seksual azlıqların nümayişi adlandırırlar
Iranın Azərbaycan səfiri öz vəzifəsinin icrasına davam edir. Bu haqda xəbər verən Tehran Times yazır ki, səfir Mohammad Baqer Bahrami cümə günü Bakıya qayıdıb.

May ayında Azərbaycan və İran arasındakı münasibətlər gərginləşmişdi. Bakıdakı İran səfirliyi qarşısında bir-birinin ardınca etiraz aksiyaları keçirilirdi.

Tehran Times yazır ki, mayın 11-də Bakıda İran səfriliyi qarşısında keçirilən aksiyada İranın müqəddəs dini dəyərlərinin alçaldılması və yüksək rütbəli rəsmilərin ünvanına səslənən təhqirlərə etiraz olaraq səfir Bahrami mayın 21-də məsləhətləşmələr üçün Bakıdan Tehrana çağırılmışdı. Mayın 22-də isə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər nazirliyinə çağırılmışdı.

İkitərəfli münasibətlərin gərginləşməsi xronologiyasına toxunan Tehran Times daha sonra yazır ki, Azərbaycan mayın 28-də İranın mədəniyyət nazirinin ölkəyə girişini qadağan edəndən sonra İran səfirliyi bəyanatla çıxış edərək bu addımı “qeyri-diplomatik” adlandırmışdı.

Xatırladırıq ki, may ayında Azərbaycan İranın Eurovision mahnı müsabiqəsinə münasibətini tənqid edir, Azərbaycan rəsmiləri Təbrizdə, Azərbaycan konsulluğu qarşısında keçirilən etiraz aksiyalarında mahnı müsabiqəsinin seksual azlıqların adı ilə əlaqələndirilməsindən hiddətləndiklərini gizlətmirdilər. Bunun ardınca Bakıda İran səfirliyi qarışında silsilə etiraz akdilayaları keçirildi.
XS
SM
MD
LG