-
Şahbaz Xuduoğlu:
"Mən özəl nəşriyyat sahibiyəm, burda hansı qohumbazlıqdan söhbət gedə bilər? Gülünc söhbətdir".
Cavanşir Yusifli:
"Tərcümə varsa, tənqidi də olmalıdır. Seyfəddini də bu mənada alqışlamaq lazımdır".
İradə Musayeva:
"Natiq Səfərov ola bilsin rus dilin yaxşı bilirdi, amma bu adam Azərbaycan dilini bilməyib".
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Pen klub” proqramında tərcümə kitablarıyla bağlı tənqidləri cavablandırır. Söhbətə tənqidçilər Cavanşir Yusifli və İradə Musayeva da telefonla qoşulublar.
PROQRAMI DİNLƏ
“BU NƏ İYRƏNC MƏQAMLARDIR ÇIXARIB OXUCUYA TƏQDİM EDİR?”
Şahnaz Bəylərqızı:
- Şahbaz bəy, Seyfəddin Hüseynli “Biabırçı tərcümələr” adı altında 3 məqalə dərc etdirib. Orda sizin nəşriyyatda çıxan tərcümə kitablarını da tənqid edib və nümunələr gətirib. Məqalədəki iradları qəbul edirsizmi?
Şahbz Xuduoğlu:
- Doğrusu, mən deməzdim ki, Seyfəddinin bu məqaləsi çox dəyərli yazıdır. Bu bir atmaca xarakterli yazıdır. Onu ciddi tərcümə təhlili kimi qəbul etmirəm.
Seyfəddin əvvəlcədən desəydi ki, sizin tərcümələrlə bağlı yazmaq istəyirəm, mən ona həqiqətən tənqid olunası əsərləri verərdim. Mən bura - studiyaya mükəmməl saydığım bizim bir neçə tərcümə əsərini gətirmişəm: Elif Şafakın “Eşq”, Umberto Ekonun “Qızılgülün adı”, Orxan Pamukun “Qar” əsərləridir, bir də “Norveç meşəsi”. Bu tərcümələrdə də yanlışlıqlar var. Deyə bilmərəm ki, bunlar son dərəcə mükəmməldir. Amma bu cür xırda qüsurları tutub oxucunu kitabdan iyrəndirmək olmaz. Kontekstdən çıxarıb elə məqamları verir ki... Biz onsuz da oxucuları güclə kitaba doğru gətiririk. Bu nə başlıqdır, ümumiyyətlə? Bu nə iyrənc məqamlardır çıxarıb oxucuya təqdim edir?
- Yəni bir məqaləylə oxucu kitabdan qaçaq düşəcək?
- Yox... Hər halda təsiri var axı. Biz hər gün bir kitab buraxırıq. Bu kitablar arasında mükəmməl tərcümələr də var, naşı tərcümələr də. Naşı tərcüməçilərə də yer verməliyik, onları dışlaya bilmərik.
- Amma oxucu bir kitaba 5 manat verib alır və onu keyfiyyət maraqlandırır. Seyfəddin Hüseynli yazır ki, "ara yerdə səviyyə və keyfiyyət şərəf lövhəsindən çıxıb, itkinlər siyahısına düşüb".
- Seyfəddin nə dərəcədə bizim tərcümələri oxuyub?
- Nümunələr gətirir o əsərlərdən.
- Mənim əsaslı, fundamental tərcümələr saydığım əsərlərdən misal gətirməyib. İkincisi, tərcümələrdə qüsur ola bilər. Seyfəddinin tərcümə etdiyi hekayələr var və onlardan birini açaq, orda kifayət qədər qüsur ola bilər... Bu cür geniş miqyaslı işə xırda qüsurlara görə kölgə salmaq olmaz.
“TƏRCÜMƏ HAQDA BAZAR ADAMLARININ DANIŞDIĞI NOTLARDA DANIŞMAQ OLMAZ”
- Geri qaytardığınız tərcümələr olurmu?
- İmtina etdiyimiz tərcüməçilər olub. Bir-iki əsəri tərcümə edir, sonra baxırıq mümkün deyil, ayrılırıq. Seyfəddinin yazısında bir yer var ki, qohumbazlıq-filan... Mən özəl nəşriyyat sahibiyəm, burda hansı qohumbazlıqdan söhbət gedə bilər? Gülünc söhbətdir. Seyfəddinin niyyəti ciddidirsə, bu cür bəzəməsin yazını. Otursun ciddi yazsın. Bir az mənim adıma sataşır, bir az “Qanun”un adına. Bu nə hoqqabazlıqdır axı? Tərcümə haqda bazar notlarıyla, bazar adamlarının danışdığı notlarda danışmaq olmaz. Sakit danışmaq lazımdır. Sənin iradın var? Zəhmət olmasa qeyd elə. Mən bütün tənqidlərə, Seyfəddinin bu yazısına da dözümlə yanaşıram.
- Bəlkə bu məqalədən bəzi hissələri oxuyaq və dinləyici özü qərar versin həmin tona?
- Ehtiyac yoxdur. O məqalədə Nərminin tərcüməsindən söhbət gedir, biz “Sofinin dünyası”ndakı qüsurları düzəldib yenidən nəşr eləmişik. Sonra Beqbederin, Markesin kitablarında qüsurlar vardı, onları düzəldib yenidən nəşr etdik. Bu, bir istehsal prosesidir. Hər hansı yazı bizim işin üstünə kölgə sala bilməz. Amma tənqidçilərə də deyirəm ki, “Qanun”un tərcümələri ətrafında müzakirələr getməlidir. Mən tənqidlərin yükünü hiss edirəm və bu yanlışları nəzərə almağa hazıram. Mən pis cümləyə yaxşı deyə bilmərəm. Amma bundan qırmanc kimi də istifadə etmək olmaz.
“MƏN KONVEYER ÜSULU İLƏ İŞLƏYİRƏM”
- Şahbaz bəy, sizin nəşriyyatın bəzi tərcümələrinin redaktoru Pərviz Cəbrayıl "Oxu zalı"na deyib: “Nəşriyyatın səbri çatmır, tərcüməçini də, redaktoru da tələsdirir”.
- Bəs necə olmalıdır? Bizimkilər öyrəniblər, rahat otursunlar, günə 5 səhifə redaktə etsinlər. Ondan sonra da çay içsinlər, çayxanada vaxt keçirsinlər.
- Amma elə müəllif var ki, ondan günə doğrudan da 5 səhifə tərcümə etmək olar.
- Xeyr, buna peşəkarlıq lazımdır. Mən, bəli, konveyer üsulu ilə işləyirəm. Mən işi verirəm və tələb edirəm. Mən tərcüməçiyə deyirəm ki, günə 7 səhifədən az tərcümə etmə.
- Tərcüməçinin də iradı var ki, az pul verilir, tələsdirirlər onları və redaktor problemi var...
- Bir dəfə elə Seyfəddinin də bizimlə işləmək istəyi olub. Sadəcə, onun tələbi ilə bizim istəyimiz üst-üstə düşməyib. Maddi baxımdan, əlbəttə. Biz öz gücümüzə işləyirik. Biz, əlbəttə, səhifə hesabı qonorarı az veririk. Amma vaxtında veririk, müqavilə şərtlərinə əməl edirik, tərcüməçi də məmnundur.
- Amma Nəriman Əbdürrəhmanlı heç də məmnun görünmür. Deyir ki, səhifəyə 5 manat verilməsi arzuolunandır.
- Axı kim istəməz ki, qonorarı artsın?
- Bəlkə məbləğ artsa, keyfiyyət də artar?
- Bir kitab dükanına girin, görün neçə nəfər ora gəlir? Kitab alan yoxdur.
“KONVEYER ÜSULU TƏRCÜMƏÇİ ÜÇÜN ÇOX PİSDİR”
- Tənqidçi və tərcüməçi Cavanşir Yusifli söhbətə qoşulur. Cavanşir bəy, bu gün tərcümələrin keyfiyyəti necədir?
Cavanşir Yusifli:
- Bizim praktikada pis olan nədir? Şahbaz bəyin bayaq dediyi konveyer üsulu nəşriyyat üçün yaxşıdır. Amma tərcüməçilər üçün bu, çox pis bir şeydir. Tərcüməçi konveyer üsulu ilə işləyəndə... Məsələn, Osmanlı türkcəsindəki mətn bir az da təhrif olunmuş şəkildə təqdim olunursa, bunun özü pisdir. Tələbələr, başqaları “Qanun”un tərcümələrini indi maraqla alırlar. Amma bir gün bunların ədəbi zövqü korlananda bizim günahımız da olacaq. Seyfəddin Hüseynli birinci adamdır ki, tərcümələrin keyfiyyəti ilə bağlı çıxış edir. Onun iradlarının əksəriyyətiylə mən razıyam. Tərcümə varsa, tənqidi də olmalıdır. Seyfəddini də bu mənada alqışlamaq lazımdır ki, kitablar oxunsun və saf-çürük edilsin. Və sabah naşirlərin də işi yüngülləşəcək. Bizdə bütün bu sahələr axsadığına görə Şahbaz bəyin də işi axsayır.
“BU, PAMBIQÇI İŞİ YOX, TƏRCÜMƏÇİ İŞİDİR”
Ş.B:
- Dinləyici yazır ki, tərcüməçi ilə pambıqçının fərqi odur ki, tərcüməçinin işi yaradıcı işdir. Ona deyə bilməzsən ki, gündə 10 səhifə ver. Bəzən bir sözü bir gün axtarmalı olursan. Buna necə limit qoymaq olar? Bağışlayın, amma tərcümədən başı çıxan bu sözü deməz.
Ş.X:
- Bunu yazan yəqin şairdir. Şairlər də deyirlər ki, vəhy gəlməsə, yaza bilməzlər. Tərcümə zülmlü işdir bilirəm... Amma necə yəni kefi istəyəndə tərcümə etməlidir?
C.Y:
- Tərcümə ciddi işdir və ona limit qoymaq olmaz. Ola bilsin, tərcüməçi bir gün 20 səhifə tərcümə etsin, o biri gün 1 səhifə. Təcrübə göstərir ki, limitə həmişə əməl etmək olmur. Bu, doğrudan da pambıqçı işi yox, yaradıcı işdir.
Ş.X:
- Mən tərcümənin yaradıcı iş olmasına şübhə etmirəm. Amma bu iş qrafiki sevir. İşdə nizam olmalıdır.
İRADƏ MUSAYEVADAN İRADLAR
Tənqidçi İradə Musayeva:
- “Qanun” nəşriyyatı Natiq Səfərovun dünyanın 6 məşhur yazıçısından etdiyi tərcümələri kitab halında nəşr edib. Bu kitabda redaktorun, korrektorun adı yoxdur. Burda saysız-hesabsız orfoqrafik səhvlər var, strukturu düzgün olmayan xeyli sayda cümlələr var. Bunun nəticəsində də fikir çatmır. Yazıçıların ideyası, məzmunu, ovqatı, ruhu şəxsən mənə bəlli olmadı. Natiq Səfərov xeyli sayda əsərlərin, özü də məşhur müəlliflərin tərcüməçisidir. Bu tərcüməçi, ola bilsin, rus dilin yaxşı bilib, amma bu adam Azərbaycan dilini bilməyib.
Ş.X:
- Natiq Səfərovun həmin tərcümələri sovet dövründə jurnallarda çap
olunub.
İ.M:
- Biz deyirik ki, qonşuya ümid olan şamsız yatar. Əsərdə 2 oğlan söhbət edir və deyir ki, şamçıya ümid olan şamsız yatar. Deməli, tərcüməçi Azərbaycan folklorundan, bədii təfəkküründən, frazeoloji birləşmələrindən xəbərsizdir. O deyir: “qadının səsi cavab verdi”. Başqa misal: “səsi təbəqə kimi bərk və yastı idi”. İstənilən adam təxəyyülünə nə qədər güc versə də, təbəqə kimi səs ola bilməz. Və ya deyir ki, "tənək kölgəsi irəlilədi". “Ətdən və babadan hazırlanmış yemək növü”, “qapı onun qabağına açıldı, anası onun üstünü basdırıqladı”. Və ya Platonovun hekayəsində deyir ki, “üçüncü oğul yıxıldı, başı yad adam başı kimi yerə dəydi”. Sizcə, “yad adam başı kimi” nə deməkdir? Orijinala baxdım, sən demə müəllif yazır ki, elə bil oğlan öz evlərinə nabələd idi, buna görə yıxıldı. Bunu adi oxucu da oxuyanda əsəbiləşər. Biz də buna aqressiv reaksiya veririk və başlayırlar yozmağa ki, bu, qəsd-qərəzlikdir. Bu tərcüməçilər o boyda Folknerin, Markesin başına oyun açırlar, onu yaralayıb oxucunun qabağına yıxırlar.
Ş.X:
- Latin qrafikasına keçəndə də çoxlu səhvlər gedirdi. İndi də tərcümə sənəti inkişaf etdikcə səhvlər görünür. Və biz də bunları aradan qaldırmağa çalışırıq. Əvvəl mətn redaktordan sonra bir dəfə oxunurdusa, indi 2 dəfə oxuduruq. Korrektə bir dəfə olurdusa, artıq 3 dəfə keçiririk. Bu işi biz daha keyfiyyətli səviyyəyə qaldırırıq. Biz bunu sevərək edirik...
PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ