Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:48

Gözdən əlilin ən böyük arzusu [Video]


Gözdən əlillər yataqxanada az qala məhbus həyatı yaşayırlar
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00
Direct-ə keçid

Gözdən əlillər yataqxanada az qala məhbus həyatı yaşayırlar

Bakıdakı Fətəli Xan Xoyski küçəsi, 38 ünvanda yerləşən 5 mərtəbəli binanın birinci mərtəbəsi gözdən əlillərin yataqxanasıdır.

Uzun, dar dəhliz boyu gözdən əlillər bir-birinə toxunmamaq üçün kənara çəkilə-çəkilə, divara sıxıla-sıxıla bir-birlərinə yol verirlər. Burada 16-17 kvadratmetrlik otaqların hər birində 3-4 adam yaşayır.

BİR MƏTBƏXDƏN 50-YƏ YAXIN ADAM İSTİFADƏ EDİR

«Yer dardır, qab-qacağı çarpayıların altına qoyuruq. Əyilirəm, taxta ilə çarpayının altındakı qabları çıxardıram. Bir otaqda 4 nəfər qalırıq, asan deyil».
Çiçək Mürsəlova
Çiçək Mürsəlova

41 yaşlı Çiçək Mürsəlova deyir ki, illərdir bu dar, şəraitsiz yataqxanada yaşayır. Vaxtilə işlədiyi üçün o, indi 217 manat əmək təqaüdü alır. Deyir ki, sovet dövründə gözdən əlillərin yaşayışı daha yaxşı idi:

«Sovet dövründə çoxlu sexlər var idi. Təhsili olmayan gözdən əlillər belə işləyirdilər. Həm də güzəştlərimiz var idi. Avtobus pulsuz idi. İndi işığa-qaza pul vermirik. Ancaq yenə çatmır. Ən böyük arzum mənzil şəraitimin yaxşılaşmasıdır».

Çiçək əlindəki qab-qacağı yumaq üçün 50-yə yaxın adamın istifadə etdiyi yeganə mətbəxə gedir. Burda 3 soba, 3 su kranı var. Çox vaxt mətbəxdə növbə yaranır:

«14 ailədir, hərəsi ayrı-ayrı bişirib-düşürür».

AYAQYOLU VƏ HAMAM NÖVBƏSİ

Növbə həm də kişi və qadınlar üçün, cəmi 2 ayaqyolunun qarşısında da olur:

«Növbə buradan ora qədər uzanır. Hamı tez-bazar istifadə etməlidir. Bir hamam var, ondan da növbə ilə istifadə edirik».

Yataqxanada əsasən subaylar, hərəsi bir otaqda 3-4 nəfər olmaqla yaşayır. Elvira Ömərova da kiçik otağında 2 nəfərlə yaşayır:
«14 ailədir, hərəsi ayrı-ayrı bişirib-düşürür».
«14 ailədir, hərəsi ayrı-ayrı bişirib-düşürür».

«Allaha şükür, bütün ev işlərini özümüz görürük. Mən işləməyi çox istəyərdim. Ancaq çətindir. Müəssisə rəhbərləri bizi kimiləri işə götürməyə tərəddüd edirlər. Düzdür, bizim fiziki məhdudiyyətlərimiz var. Ancaq bu o demək deyil ki, cəmiyyətdən təcrid olunmalıyıq».

Elvira cəmiyyətdən təcrid olunmamaq üçün kompyuter kurslarını bitirib. İndi ingilis dili kurslarına gedir.

AİLƏ QURANDAN SONRA KİRAYƏYƏ

Zaqataladan olan 21 yaşlı Xanım Həsənova isə Sənaye Pedaqoji Kollecində oxuyur. 32 manat kollecdən, 44 manat isə əlilliyə görə təqaüd alır:

«Bu pul mənə çatmır, bundan kəsib ona, ondan da buna calaşdırıram. Mənə əsasən valideynlərim kömək edir. Onlar olmasa, necə yaşayaram, bilmərəm. Dərslərimi isə yaxşı oxuyuram. Dərsə tez gedirəm. Qrup yoldaşım oxuyur, mən də şifahi öyrənirəm».

28 yaşlı Fərid isə masaj kursunu bitirib. İyunun 24-də ailə qurub. Ailə qurandan sonra yataqxanadan kirayəyə köçüb. Ancaq arada burdakı dostlarına baş çəkir:
Fərid
Fərid

«İş üçün Səhiyyə Nazirliyinə da, fərdi qaydada poliklinikalara da müraciət etmişəm. Poliklinikalar deyir vakansiya yoxdur, Səhiyyə Nazirliyi isə deyir ki, poliklinikalara müraciət et. Günlər bir-birini boş-boşuna əvəz edir. Gələn həftənin 3-cü günü nə edəcəyimi mən indidən bilirəm. Səhər duracağam, yemək yeyəcəyəm, gəzəcəyəm, yenə yemək, yenə yatmaq. Ailə qurmuşam, mənzil problemim var. 189 manat təqaüd alıram. Kirayə qaldığım ev isə 200 manatdır».

300-Ə YAXIN ƏLİL EV NÖVBƏSİNDƏDİR

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev deyir ki, son illər 100-ə yaxın gözdən əlilə mənzil verilib. Hazırda isə 132 mənzilli yeni yaşayış binası tikilir. Bu bina 2014-cü ildə təhvil veriləcək:

«Cəmiyyət olaraq dövlətə müraciət edirik. Sağ olsunlar, dəyərləndirilər. Hazırda Bakıda 300-ə yaxın gözdən əlil ev növbəsindədir. Gələn il 132-si də evlə təmin olunacaq. Növbəti dövlət proqramlarında da bu təminat nəzərdə tutulub».

Səmyar Abdullayev deyir ki, işsizlik gözdən əlillərin ən böyük problemidir. Hazırda 4000-ə yaxın əməkqabiliyyətli gözdən əlil işsizdir. Onlar üçün rabitə, masajçı kursları təşkil olunur. 1500-ə yaxın əlil isə işləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə əlillər üçün təklif edilməli olan iş yerləri kvotasını, sayını müəyyən edib. Nazirlikdən bildirdilər ki, hazırda kvotayla işə götürülən əlillərin sayı çox olmasa da, gözdən əlillər də daxil olmaqla bütün əlillər üçün bu kvotanın artırılması planlaşdırılır. Yeni mərkəzlər yaradılır.

Azərbaycanda 30 minə yaxın gözdən əlil var.
XS
SM
MD
LG