Moskvanın «Xilaskar Məsih» kilsəsində xuliqanlıq etmək ittihamı ilə həbs edilmiş «Pussy Riot» pank-rok qrupunu dəstəkləyənlərdən biri pravoslav fəallar tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar polisə şikayət ərizəsi verib.
Tatyana Romanovanın vəkili deyib ki, müdafiə etdiyi şəxs qrupun həbsdəki 3 üzvünün məhkəmə prosesinə gedərkən hücuma məruz qalıb.
Vəkilin sözlərinə görə, Romanova beyin sarsıntısı keçirib və dişlərindən zədə alıb.
«Pussy Riot» un üç üzvü aclıq aksiyasına başlayıb. Musiqiçilər xuliqanlıq ittihamı ilə 7 ilə qədər həbs edilə bilərlər.
Qızlardan ibarət «Pussy Riot» qrupunun üzvləri bu ilin fevralında kilsədə «Məryəm ana, Putini qov» məzmunlu «pank-dua» etmişdilər.
Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri tərəfindən mehrabdan uzaqlaşdırılmışdılar.
Bu, böyük qalmaqala səbəb olmuş, pravoslav kilsəsi olayı pisləmişdi.
Qrupunun həbsdə olan 3 üzvünün - Yekaterina Samuseviç, Nadejda Tolokonnikova və Maria Alyoxinanın işinə Moskva Şəhər Məhkəməsində baxılır.