-
Bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev Nazirlər Kabinetinin avtomobilə verilən etibarnaməyə dair qərarını şərh edərkən deyir.
Dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə 1 ildən artıq müddətə verilə bilməz.
Bu qərar bu ilin oktyabrın 1-dən qüvvəyə minir.
BİR-BİRİNİ TANIMAYAN ADAMLAR BİR-BİRİNƏ NECƏ ETİBAR EDİR?
Kamran Əliyev deyir ki, belə bir addımın atılmasına kifayət qədər səbəb olub:
Kamran Əliyev əlavə edir ki, hər hansı inzibati xətaya yol vermiş şəxs 2 ay cərimə ödəmirsə, onda həmin şəxsin avtomobilinin saxlanması barədə qərar qəbul olunur:
«MAŞINIM «BAKILIDIR...»»
Firmalardan birində sürücü işləyən Asif Əliyev isə deyir ki, bu qərar onun qanını qaraldıb. Çünki özü rayonlardan birində qeydiyyatdadır, etibarnamə yolu ilə aldığı maşını isə Bakı qeydiyyatında:
«Bəs maşının adına olduğu adamın hansısa borcu yaranarsa, avtomobilin əlinizdən alına biləcəyindən narahat deyilsiz?». Sualımız deyəsən, onun üçün gözlənilməz olur, çünki məsələnin bu tərəfindən xəbərsizdir.
«BƏS AİLƏ ÜZVLƏRİ?..»
Elə Bakı sakini Mehdi Kərimov da bu qərardan narazıdır. O deyir ki, ailə üzvləri, qohumlar arasında da avtomobili etibarnamə ilə idarə edənlər var:
MÜLKİ HÜQUQA ZİDD QƏRAR
Hüquqşünas Ərşad Hüseynovun fikrincə, belə bir qərarın verilməsi avtomobillərin alqı-satqısı zamanı etibarnamədən istifadə hallarını azaldacaq, amma problemi həll etməyəcək:
Ərşad Huseynov deyir ki, əslində məsələnin köklü həlli üçün yol var - bu, avtomobillərin alqı-satqısı prosesində bir pəncərə sisteminin tətbiqi olardı.
«Dövlət rüsumu haqqında» qanunun 10.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsi başqa şəxsin mülkiyyətinə keçirsə, 50 manat dövlət rüsumu ödənilməlidir. Nəqliyyat vasitəsi ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, ödəniləcək dövlət rüsumu 25 manatdır.
«Etibarnamə ilə maşın alırlar, amma düşünmürlər ki, etibarnamə onları avtomobilin əsl yiyəsi etmir».
Bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev Nazirlər Kabinetinin avtomobilə verilən etibarnaməyə dair qərarını şərh edərkən deyir.
Dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə 1 ildən artıq müddətə verilə bilməz.
Bu qərar bu ilin oktyabrın 1-dən qüvvəyə minir.
BİR-BİRİNİ TANIMAYAN ADAMLAR BİR-BİRİNƏ NECƏ ETİBAR EDİR?
Kamran Əliyev deyir ki, belə bir addımın atılmasına kifayət qədər səbəb olub:
«Bir-birini tanımayan adamlar başqasına sərəncam vermə hüququ olan etibarnamə verir. Amma sonradan avtomobilin hüquqi sahibinin hansısa borcu yarandıqda, məhkəmə onun əmlakı kimi satdığı maşını da hesaba alır. Maşının üstünə həbs qoyur. Bu da maşını almış adama əlavə problemlər yaradır. Bu qərar da bu cür halların qarşısını almaq üçündür».
Kamran Əliyev əlavə edir ki, hər hansı inzibati xətaya yol vermiş şəxs 2 ay cərimə ödəmirsə, onda həmin şəxsin avtomobilinin saxlanması barədə qərar qəbul olunur:
«Məsələn, kimsə maşın alverçisidir, maşın alır, etibarnamə əsasında bir həftə sürüb satır. Bu müddət ərzində ona protokol yazılır. İki aydan sonra isə cəriməni ödəmədiyi üçün maşını saxlayıb cərimə meydanına aparmaq istəyəndə,
məlum olur ki, həmin adam artıq maşını satıb başqasına».
«MAŞINIM «BAKILIDIR...»»
Firmalardan birində sürücü işləyən Asif Əliyev isə deyir ki, bu qərar onun qanını qaraldıb. Çünki özü rayonlardan birində qeydiyyatdadır, etibarnamə yolu ilə aldığı maşını isə Bakı qeydiyyatında:
«İstəyirəm maşının nömrəsi Bakı nömrəsi olsun, amma burda qeydiyyatda deyiləm. İndi belə çıxır ki, hər il etibarnaməni təzələtməliyəm».
«Bəs maşının adına olduğu adamın hansısa borcu yaranarsa, avtomobilin əlinizdən alına biləcəyindən narahat deyilsiz?». Sualımız deyəsən, onun üçün gözlənilməz olur, çünki məsələnin bu tərəfindən xəbərsizdir.
«BƏS AİLƏ ÜZVLƏRİ?..»
Elə Bakı sakini Mehdi Kərimov da bu qərardan narazıdır. O deyir ki, ailə üzvləri, qohumlar arasında da avtomobili etibarnamə ilə idarə edənlər var:
«Ailə üzvləri üçün bu variant keçərli deyil. Evə etibarnamə verə bilərsən, maşına yox? Düzgün deyil».
MÜLKİ HÜQUQA ZİDD QƏRAR
Hüquqşünas Ərşad Hüseynovun fikrincə, belə bir qərarın verilməsi avtomobillərin alqı-satqısı zamanı etibarnamədən istifadə hallarını azaldacaq, amma problemi həll etməyəcək:
«Məsələyə mülki hüquq baxımından yanaşanda, bu, insanların hüquqlarını məhdudlaşdırır. Məsələn, 500 000 dəyəri olan bir mülkə uzunmüddətli etibarnamə vermək olar, maşına isə 1 illik verməlisən. Bu mənada, burda hüquqi prinsip pozuntusu var. Əlavə məhdudiyyətlər var».