Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:41

"Klassiklər" seriyasından yeni kitab: "Ay və qara qəpik"


Məşhur ingilis yazıçısı Somerset Moemin 1942-ci ildə çap edilmiş "The Moon and sixpence" romanı "Ay və qara qəpik" adıyla Azərbaycan dilində çap edildi.

İngiliscədən Firudin Ağazadənin çevirdiyi roman "Qanun" nəşriyyatının "Klassiklər" seriyasında çap edilib.

Romanda bütünlüklə özünü sənətə vermiş insanın ya­rat­maq eşqi, Ay kimi əlçatmaz dahilik işığı və onunla mü­qa­yisədə bir qara qu­ruşa dəyməyən bayağı var-dövlət meş­şanlığı üz-üzə qoyulur.

Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.

Əsərin baş qəhrəmanı səhm bazarında brokerlik edən orta yaşlı kişidir.

O, qəfildən ailəsini-uşağını atmağa qərar verir və rəssam olmaq arzusunun dalınca gedir.

Dahi və xudpəsənd, alicənablıq və rəzillik, istedad və qəd­darlıq – eyni bir şəxsdə bu sifətlərin olması mümkün­dür­mü?

Dahiliklə əc­laflıq bir araya sığa bilərmi?

Sənətkar yaşadığı cəmiyyətin əxlaq qa­nunları ilə hesablaşma­lı­dır­mı?

Yaradıcı adamın içində bir iblis də var” – bu deyim doğrudurmu?

Görkəmli ingilis nasiri S.Moem kitabda bu prob­lem­­ləri bədii bir dillə açıqlayır.
XS
SM
MD
LG