Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:05

Nazirlər kabinetinin iclası keçirilib


İlham Əliyev
İlham Əliyev
-
«2012-ci ilin 6 ayında bölgələrdə 46 min yeni iş yeri yaradılıb ki, onlardan da 37 mini daimidir».

Bunu iyulun 11-də prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Prezident bu ilin 6 ayında ümumi daxili məhsulun (ÜDM) 1.5, qeyri-neft sektorunun 11.3 faiz artdığını bildirib.

O deyib ki, son 6 ayda sənaye istehsalının ümumi həcmi neft hasilatının aşağı düşməsi nəticəsində 3 faiz azalsa da, qeyri-neft sənayesi 8.3 faiz artıb.

«Makroiqtisadi vəziyyət sabitdir, inflyasiya cəmi 2.2 faiz olub, əhalinin pul gəlirləri isə 14.2 faiz artıb. Kənd təsərrüfatında 10.4 faiz artım qeydə alınıb».

«Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövqeyimiz ədalətə və beynəlxalq prinsiplərə əsaslanır» deyən İlham Əliyev danışıqlar prosesində müəyyən durğunluğun olduğunu və status-kvonun dəyişdirilməsinin vacibliyini qeyd edib.
XS
SM
MD
LG