-
«Vice News» saytı «Eurovision» Baki finalı haqda film hazırlayıb. «Neft imperiyasının diktaturasında keçirilən Eurovision» adlı filmin müəlliflərindən olan Tom Littlewood Emin Ağalarovla da söhbətləşir. O, Azərbaycan prezidentinin kürəkəni ilə Baki ətrafında, 7-ulduzlu «Sea Breeze» kurort kompleksində görüşür.
Tom Littlewood deyir ki, Emin Ağalarov Bakıya özünün yeni albomunu təqdim etmək üçün gəlib:
Filmdəki dialoqdan bir parça
Tom Littlewood: Ölkə prezidenti qayınatanızdır. Necədir?
Emin Ağalarov: Fəxr edirəm. Mən prezidentin ölkə və xalqı üçün gördüyü işləri yüksək qiymətləndirirəm.
Tom Littlewood: Prezident Sizin musiqini bəyənir?
Emin Ağalarov: Mən bunu prezidentdən heç vaxt soruşmamışam.
Daha sonra Emin Ağalarov Xəzərin sahilindəki 7-ulduzlu istirahət kompleksindən danışır. Ulduzların sayı hətta jurnalisti təəccübləndirir. Bura o qədər böyükdür ki, Emin jurnalist qonağını qolf elektromobilində gəzdirməli olur.
«Bura Steve Jobs, Donald Trumph kimi adamların yeridir. Budur səviyyə!», – deyə Emin Ağalarov 7 ulduzu izah edir.
Görüş səmimi atmosferdə keçir. Adətən mediadan məsafə saxlayan Emin valideynləri Araz və İrina Ağalarovları da çəkiliş qrupuna təqdim edir. Xəbərdar edir ki, bu layihəni müstəqil həyata keçirir:
«Atam bu layihədə mənim tərəfdaşım deyil».
Tom Littlewood fürsəti buraxmır, valideynlərindən soruşur:
Eminin anası cavab verir:
Ata Ağalarov xanımına etiraz edir:
Emin Ağalarov vəziyyətdən zarafatla çıxır:

«Emin Bakının gözəlliyindən danışır. Azərbaycanda böyük müsbət dəyişikliklərin bas verdiyini vurğulayaraq hotellərin birinin zirvəsindən deyir: Hara baxırsan, gözün heyrətamiz mənzərə ilə rastlaşır».
Filmdəki dialoqdan bir parça
Tom Littlewood: Ölkə prezidenti qayınatanızdır. Necədir?
Emin Ağalarov: Fəxr edirəm. Mən prezidentin ölkə və xalqı üçün gördüyü işləri yüksək qiymətləndirirəm.
Tom Littlewood: Prezident Sizin musiqini bəyənir?
Emin Ağalarov: Mən bunu prezidentdən heç vaxt soruşmamışam.
Daha sonra Emin Ağalarov Xəzərin sahilindəki 7-ulduzlu istirahət kompleksindən danışır. Ulduzların sayı hətta jurnalisti təəccübləndirir. Bura o qədər böyükdür ki, Emin jurnalist qonağını qolf elektromobilində gəzdirməli olur.
«Bura Steve Jobs, Donald Trumph kimi adamların yeridir. Budur səviyyə!», – deyə Emin Ağalarov 7 ulduzu izah edir.
Görüş səmimi atmosferdə keçir. Adətən mediadan məsafə saxlayan Emin valideynləri Araz və İrina Ağalarovları da çəkiliş qrupuna təqdim edir. Xəbərdar edir ki, bu layihəni müstəqil həyata keçirir:
«Atam bu layihədə mənim tərəfdaşım deyil».
Tom Littlewood fürsəti buraxmır, valideynlərindən soruşur:
- Oğlunuz pop-ulduz, uğurlu iş adamıdır. Bəs Sizin həyat tarixiniz? Bu mövqeyə haradan gəlib çıxmısız?
Eminin anası cavab verir:
- Biz normal həyatdan gəlmişik.
Ata Ağalarov xanımına etiraz edir:
- Yox, biz normal həyatdan gəlməmişik.
Emin Ağalarov vəziyyətdən zarafatla çıxır:
- Ay valideynlər, olmazmı əvvəlcədən sözü bir yerə qoyasız?