Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:35

Zəlimxan Yaqub. Gətirməlidir


-

Gətirməlidir

Ellər məclisinə şair gələndə
Günəşi gözündə gətirməlidir.
Bir dünya mənanı, bir dünya eşqi
Bir kəlmə sözündə gətirməlidir.

Xalqının şərəfi, adı dilində,
Vətən torpağının dadı dilində,
Çayı sinəsində. odu dilində,
Ocağı közündə gətirməlidir.

İlhamı dağ seli, gözü-könlü tox,
Hər sətri namərdə ox olmalı, ox,
Şeirini qoynunda, qoltuğunda yox,
Özündə, özündə gətirməlidir.

zalimxanyaqub.com
XS
SM
MD
LG