Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:51

Moskva Assad`ın getməsi tələblərinin zorakılığı artırdığını iddia edir


Moskva iddia edir ki, Bashar al-Assadın hakimiyyətdən çəkilməsi tələbləri bu ölkədə qarşıdurmanın səngiməsinə imkan vermir. Xarici İşlər naziri Sergei Lavrov iyulun 26-da Moskvada BMT Baş Assambleyasının prezidenti Vuk Jeremic`lə birgə mətbuat konfransında Qərbin Assad`dan hakimiyyətdən getmək tələblərini tənqid edib:

- Biz Suriyada zorakılığa dərhal son qoya biləcək təkliflər veririk. O biri tərəf isə deyir ki, yox, ya rejim təslim olmalıdır, ya da biz pul və başqa vasitələrlə silahlı müxalifəti dəstəkləməkdə davam edəcəyik. Onlar terrora haqq qazandırırlar. Ən əsas məsələ budur. Və belə dəstək davam edərkən hansı humanitar əməllərdən danışmaq olar?

ABŞ və Qərb dövlətləri dinc əhaliyə qarşı zorakılığa görə Suriya prezidenti Bashar al-Assadı istefa verməyə çağırırlar. Amma Rusiya və Çin BMT-də Assad`ın rejiminə qarşı daha sərt addımların atılmasına imkan vermirlər.

İnsan haqları fəalları son il yarımda Suriyada qarşıdurmada 20 minə yaxın adamın həlak olduğunu bildirirlər.
XS
SM
MD
LG