-
...Bizim romançılıqda ən üzdə olan qüsurlardan biri də budur: təəssürat xəstəliyi..., bənzətmələrin doğurduğu assosiativliyə aludəçilik. Mövlud Süleymanlı bu romanda sona kimi haqqında danışdığı mətləbin səthindən dərinlərə gedə bilmir, başqa sözlə, təqdim edilən mətndə mükəmməl metod yoxdur...
Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.
Cavanşir Yusifli
Romandan sonra, yaxud söz Dəyirmandakıdır...
Mövlud Süleymanlı kimi yazıçının əsərinin müzakirə olunması, qəribə gəlməsin, məncə, yerinə düşən hadisədir.
Qəribə gəlməsin sözünü ona görə işlədirəm ki, belə odluqda, yəni üslubu, təhkiyə manerası, bir sözlə sözü... olan yazıçının mətni təhlil üçün, lap elə kəskin tənqid üçün geniş məkan açır.
Ancaq əksinə olduqda, nə eləsən də, Mövlud Süleymanlının romanında olduğu kimi, tüfəngin qundağını nə qədər yerə vursan da, açılmır ki, açılmır...
Yəni, bütün hallarda əlahəzrət mətn tənqidə layiq olmalıdır, necə ki, “Erməni əlifbasındakı hərflər” “Oxu zalı”nda “tənqid atəşi”nə tutulur, ancaq bir məsələ açıq qalır: qundağı yerə elə vurmaq lazımdır ki, güllə açılsın, ancaq bu, qundağın sınmağı bahasına olmasın.
Mövlud Süleymanlının üslubuna xas olan keyfiyyətlər bu romanda da özünü göstərir, yəni ilk cümlələri oxuyan kimi, sənə artıq tanış olan, müxtəlif vəziyyətlərdə necə başlayıb necə qurtaracağını bildiyin hərəkətlərlə üz-üzə gəldiyini anlayırsan.
Məncə, məndən öncə bu roman haqqında portalda məqalələrlə çıxış edən müəlliflər bütün qüsurların “apriori” əsaslandırmalarında bir balaca səhvə yol veriblər. Bu qeydlər (əlbəttə, tənqidi qeydləri) mətni silkələdikcə daha çox üzə çıxa bilər.
Fikrimizcə, hər şey – bizim nəzərə çarpdıracağımız məziyyətlər və əsərdə “uyğunsuzluq” kimi qeyd edilən passajlar (məsafə, yer-yurd uyğunsuzluqlarını demirəm - ) ... müəllifin üslub anlayışı və aparatı ilə bağlıdır.
Mövlud Süleymanlının mətni, məncə, ənənəvi anlamda “xalis nəsr” mətni deyildir, belə ki, burada poetikliyin dozası bəzən elə həddə dirənir ki, bu parçaların vaxtilə yazılmış şeirlərdən iqtibas edildiyi şübhəsinə düşürsən.
Ancaq şübhəsiz ki, bu, belə deyildir.
Və sözüm də onda deyildir, konkret mətn parçasında onu yaradıb-formalaşdıran elementlər elə kombinasiyada birləşir ki, bu, nəsr mətninin verə biləcəyi minimum informasiyanı ehtiva etmir.
İlk baxışdan hər şey aydındır: müxtəlif etnoqrafik mərasimlər, oyunlar, insanların xarakterdən gələn qeyri-iradi reaksiyaları, baş verən olayları assosiasiya modelinə tabe edir.
Mövludun mətnində hər şey assosiasiyaların müxtəlif kombinasiyalarında üzə çıxır, ilkin mərhələdə bunlar doğrudan da yaxşıdır, ovqat, yaranan mənzərə az qala son cizgilərinə qədər göz önündə canlanır.
Müəllif misilsiz görükdürmə bacarığına malikdir, bu mənada onun “fırçasının” elastikliyi heyrət doğurur.
Bir anlığa onun “Şeytan”, “Duzsuzluq”, “Dəyirman”, “Yel Əhmədin bəyliyi” əsərlərini yada salaq; bu əsərlərin hər birində qoyulan məsələ - mətləb bədii həllini müəllifin üslub konsepsiyası çərçivəsində ideal şəkildə tapır.
70-ci illərdə mövcud nəsr ənənələrinə keyfiyyətcə yeni çalarlar əlavə edən müəllif ildırım sürəti ilə tanındı və elə o zaman da bu əsərlərin bir çoxu mübahisələrə (daha çox qarayaxmalara) səbəb oldu.
Mübahisənin bir nömrəli səbəbi o idi ki, oxucuya tam yeni görmə bucağı və üslub təqdim edilirdi.
Elə bu məqamda rəhmətlik, o illərin ədəbi müzakirələrində fəal iştirak edən və bu prosesə daha çox “soldan” yanaşan Aydın Məmmədovun bir fikrini yada salırıq: “Dəyirmanla” müqayisədə “Köç” kənara atılan addımdır.
Aydın Məmmədov şübhəsiz ki, üslub məsələsini nəzərdə tuturdu və “Köç”ün yeni bir konsepsiya olmaq iddiasını irəli sürürdü.
Ancaq tənqidçi öz mülahizələrini nədənsə əsaslandırmırdı. Halbuki bu məsələ indinin özündə də ciddi təhlilə ehtiyac duyur.
Mövlud Süleymanlı daha sonra, yəni 2006-cı ildə “Söz içində söz” kitabını təqdim etdi. Sözün enerjisini, sirli-sehrli qatlarını açmaq istəyi, daha dəqiqi stixiyası hər dəfə müəllifi etnoqrafik yaddaşa, mif-gerçəklik ilişkilərinə enməyə vadar edir.
“Söz içində söz” konkret işdir, bu sözlərin hər birini oxuduqca tarixin mənzərəsi bir az da aydınlaşır. Yad sözlərin, yad əxlaqın və mədəniyyətin qonşuluğunda bu sözlərin dərinliyi çox mətləbləri çözməyə işartıdır.
Fikir verirsinizmi, bu məsələlərin hər biri yazıçının əvvəlki mətnlərində usta şəkildə həllini tapıb. Ancaq bu romanda bunların “su üzünə çıxması”, özü də publisistik tonla müşayiət edilməsi bütöv mətni eyni tonlu mülahizələr meydanına çevirmişdir.
Bu mənada Mövlud Süleymanlının bu romanında bir parçanı diqqətə almaq lazımdır.
“...Kim verdi bu adı?! Bir adamın adını dəyişmək mümkün deyilsə, bu boyda yerin- yurdun adını kim dəyişdirə bilərdi? Sərhəd- sınır deyildi ki, götürüb başqa yerdən çəkəsən. İdeya deyildi ki, çeynəyib- tüpürüb üstündə sosializm qurasan. Yüz il bundan qabaq yer üzünün xəbəri olmadan baş verən, indinin özündə də davam edən bu haqsızlıq əslində oğurluq deyilmi? Tarixi yaranışların, yaddaşların, milli anlayışların qarət edilməsi deyilmi? Bu da meşələrin quruması, çayların, göllərin, dənizlərin yoxa çıxması, sağalmaz yaraların, SPİD-in, xərçəng xəstəliklərinin, ağ ölümlərin, əlacsız dərdlərin, böyüksüzlüyün, tərbiyəsizliyin, yalanların, haramın baş alıb getməsi kimi fəlakət deyilmi?!”
Mətn boyu gerçəkləşən ekskurslar, ayrı-ayrı epizodlarla bağlı işlədilən detallar nə qədər maraqlı olsa da dairə qapanmır, sadəcə mətləb uzanır.
Və onu da əlavə edək ki, bütöv mətn kontekstində bütün bunlar ona gətirib çıxarır ki, qoyulan mətləb, bədii niyyət gerçəkləşmir, ən azı öz ladında gerçəkləşmir.
Bizim romançılıqda ən üzdə olan qüsurlardan biri də budur: təəssürat xəstəliyi..., bənzətmələrin doğurduğu assosiativliyə aludəçilik.
Mövlud Süleymanlı bu romanda sona kimi haqqında danışdığı mətləbin səthindən dərinlərə gedə bilmir, başqa sözlə, təqdim edilən mətndə mükəmməl metod yoxdur. Bizcə, bütün qüsurlar məhz bu faktorla bağlıdır.
Bizim nəsr təcrübəsində, xüsusi ilə də son illər nəşr edilən əsərlərdə bu cəhət getdikcə qabarıqlaşır: Mövlud Süleymanlı kimi çox istedadlı yazıçılar vaxtilə qurduqları “yarımçıq” metodla möcüzə göstərmək istəyirlər, digər qrup yazıçılar isə (...) “mükəmməl” metodla, ancaq solğun təhkiyə praktikası ilə xariqələr yaradırlar. Nəticədə nə alınır: istedadı olanın metodu, metodu olanın istedadı yoxdur. Hər iki təsadüfdə əlahəzrət montaj bədii mətnin bel sütununu qırır.
Demək artıqdır ki, yazıçı keçdiyi yaradıcılıq yolunda yalnız bir işlə məşğul olur: bütün imkanlardan istifadə edib o, özü-özünü qurub-yaradır. Mükəmməl hala düşməkdən ötrü bir mexanizm olur ki, dəfələrlə sökülüb yığılır.
Bütün bu mülahizələri əsaslandırmaq üçün müəllifin təqdim etdiyi mətnə ekskurs edə bilərik. Ancaq biz, mətndən uzun-uzadı sitatlar verməyəcəyik, hesab edirik ki, roman geniş oxucu kütləsi tərəfindən artıq mütaliə edilib. Bizcə, “daxili plan”dan başlamaq lazımdır.
Bunun üçün isə bədii təhkiyənin səciyyəvi cəhətlərindən bəhs etmək zərurəti meydana çıxır.
Hadisələr, belə deyək, məkan və zamanın qarışıb çarpaz düşdüyü bir məqamdan başlayır.
Bu hadisə və olaylar bizim hər birimizə tanışdır, oxucular arasında elələri ola bilər ki, bəzi əhvalatların iştirakçısı olsun.
Müəllif düzxətli təsvirlə bir anlığa hər şeyi açıb-tökür, hamıya məlum olan məqamları dəfələrlə təkrarlayır.
Təhkiyə “sadəlövh” olduğu üçün bir təkrar min təkrara çevrilir və nəticədə məlum nəsnələr dolaşıq düşür.
Təhkiyəyə və daxili plana münasibətdə ikili standart yaranır: bir tərəfdən müəllif hər şeyi doğru nəql edir, ara-sıra, müəyyən intervallarla təsvirə çəkilən etnoqrafik məqamlar məkanı aydınlaşdırır, onun üzərinə gur işıq salır. Hər şey doğrudur, hər şey elə belə olmuşdu, İmirxanlının dediyi, irəli sürdüyü mülahizələr də onda da, elə indinin özündə də hər kəsin düşüncəsində mövcuddur.
Ermənilərin mətndə lokallaşan hərəkətləri, üslub və hərəkət maneraları, uşaqlarına türkə qarşı nifrət təlqin etmələri... bunların heç biri uydurulmayıb, ancaq bədii mətləb formasında həll edilməyib.
Yeri gəlmişkən, İmirin “böyüdülmüş şəkli” olan İmirxanlı da dolğun obraz səviyyəsinə qaldırılmır.
Sonra, İmirxanlının həmkəndlilərinə mühazirələrindən verilən çıxarışlar da adi bənzətmə və qarşıdurmadan o yana adlamır. Biz beləyik, onla elə...
Bu fərqlə bağlı söhbətlər və mülahizələr mətndə uzandıqca uzanır, yaxud elə formada təqdim edilir ki, sən onları əsassız hesab edirsən. İstər-istəməz düşünməli və özünə sual verməli olursan: bəyəm münasibətlərin bu şəkildə pozulması yalnız ona görə baş verib ki, arada “belə dərin” etnik fərqlər var?
Əgər müəllif son dərəcə qəliz bir münaqişəni elmi söhbət, intellektual mübahisə müstəvisinə gətirmək istəyirsə, məsələnin kökünü göstərməlidir.
Yenə də təkrar edirik: bu romanda hər şey yerindədir, müəllifin usta qələmi hər sətirdə hiss edilir, ancaq şəxsən bizi bir sual düşündürür: az qala müəllif bu mətni bir bütöv kimi düşünməyib.
“...Erməni nə aran adamına oxşayır, nə dağ adamına, bizə deyilən kimi deyə bilməzsən ki, erməninin bir suyu hansı torpağasa, hansı yerəsə çəkir, oxşadığı, bənzədiyi torpağı tapa bilməzsən... çünki vətəni yoxdu, bu mənada erməni xalqı bir az vağzal uşaqlarına oxşayır… Bəlkə də bu cür olmaq daha yaxşıdı... vətəni neynirlər, vətənin dərdi böyük olur, gərək dərdini çəkəsən, lazım gələndə uğrunda ölə biləsən...
Yaxşı, erməni niyə qoyun otarammır, hıı, Dəmir kişi? Niyə çoban deyil? Çünki dövləti olmayıb, yazdığı yalançı tarixlərə baxma. Dövləti olsaydı, bu işləri də bilərdi...”
Bu sitatda verilən fikirlərlə olsun ki, kimsə razılaşmasın. Deyək ki, bu planda “etnik və etnoqrafik qarşıdurmanı” məqbul hesab edirik, ancaq axı adına roman deyilən bir nəsnə belə primitiv və üzdən gedilən bənzətmələrdən hörülə bilməz.
Aytmatovun “Gün var əsrə bərabər” romanında adi bir pritça bütün mətləbləri necə bir nöqtəyə düyür? Adi bir pritça... Bu mətndə bu qədər əhvalat, mülahizə ... və sair necə də artıq görünür.
Müəllif müsahibələrinin birində bu romanı öz yaradıcılığında mərhələ kimi səciyyə edir. Məncə bu, belə deyildir.