-
Bakının Müşfiqabad qəsəbəsi yaxınlığında bir neçə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb. «Şəhriyyar- 99» metaləritmə müəssisəsində olduğu kimi, onlara da fəaliyyətlərini dayandırmaq göstərişi verilib.
«METALLARI YIĞMAĞA BAŞLADILAR»
Biz həmin müəssisələrdən yalnız birində nəzarətçi və anbardarı gördük. Digərində isə yalnız nəzarətçini tapa bildik. Üçüncü müəssisədə isə heç kimi tapa bilmədik.
«Şəhriyar-99»un qarovulçusu Hüseyn Dünyamalıyevin dediyinə görə, hər şey avqustun 2-si gecə saatlarında başlayıb:
«Ayın 2-si gecə saat 11:30-da idmançı görkəmində olan 20-25 cavan oğlan rəisləri də yanlarında «Kamaz»larla və dəmir yükləyən kranla gəldilər. Bizə məhəl qoymadan metalları yığmağa başladılar. 102-yə zəng etdim, Abşerondan polis də gəldi, amma heç bir yardım etmədi, çıxıb getdi».
«MÜƏSSİSƏ İŞLƏMƏMƏLİDİR»
Qarovulçunun dediyinə görə, ətrafındakı doğranmış dəmirlər daşınandan sonra müəssisənin anbarındakı hazır məhsulları da aparıblar:
– Bax, burda istehsal olunmuş hazır məhsullar var idi. Bax, burda yük maşınlarının izləri də var. Burda 40 tondan çox hazır «uqolnik» var idi, hamısını apardılar.
- Bəs nə deyib apardılar?
- Bizə özlərini «Baku Steel Company» nümayəndələri kimi təqdim etdilər. Dedilər bu müəssisə işləməməlidir.
- İndi işləyirsinizmi?
- Yox, dayanmışıq.
«DEDİLƏR MÜQAVİLƏ BAĞLANMALIDIR»
Müşfiqabad qəsəbəsi yaxınlığındakı daha bir müəssisəyə də baş çəkdik. Həmin müəssisənin nəzarətçisi Əlisəfər İsrafilov da eyni adamların onların müəssisəsinə də baş çəkdiklərini bildirdi:
- Çox adam gəlmişdi?
- 11 nəfər.
- Gələnlər sizə nə dedilər?
- Dedilər ki, işlətmək olmaz, «Baku Steel Company» ilə müqavilə bağlanmalıdır.
- Bəs sizdən əmlak aparılmadı ki?
- Yox, heç bir şey...
İŞİ DAYANDIRMAQ GÖSTƏRİŞİ
Nəzarətçinin dediyinə görə, bu məsələdən xeyli əvvəl müəssisəyə vergi əməkdaşları gəlibmiş. Amma o, bu gəlişin nə ilə bağlı olmasından xəbərsiz olub.
Müəssisə rəhbəri Vəsilə Məmmədova isə hazırda Azərbaycandan kənarda olduğu üçün baş verənlər barədə ətraflı məlumata malik olmadığını bildirdi.
Bu müəssisələrdən bir neçə yüz metr aralıda olan digər müəssisədə isə söhbət etməyə adam tapmadıq. Həmin müəssisənin qapıları bağlı idi.
Öyrəndik ki, «Şəhriyar-99» MMC-dən başqa digər müəssisələrin əmlakına əl vurulmayıb. Sadəcə, onlara müəssisənin işini dayandırmaq göstərişi verilib. Çaşqınlıq içində olan müəssisə rəhbərləri indi nə edəcəklərini özləri də bilmir.
Onu da öyrəndik ki, bizdən əvvəl müəssisəyə gələn jurnalistlərin hamısının fotoaparatı və videokameraları əllərindən alınaraq yaddaş kartları pozulub. Özləri isə mülkigeyimlilər tərəfindən hədələnib.
«41 TON MALIMI APARIBLAR»
Müşfiqabaddan redaksiyaya dönəndə, Bakının Zabrat qəsəbəsində daha bir zavoda hücum edildiyi barədə xəbər aldıq. Bu dəfə hədəfin «R.A.N.K» MMC olduğunu öyrəndik. Şirkətin təsisçisi Dövran Mikayılov bildirir ki, onların müəssisəsinə hücum edən mülkigeyimlilər də göstərişin yuxarıdan gəldiyini deyiblər:
– 41 ton malımı aparıblar, maşınlarla malları daşımağa bir dəstə də köməyə gəlib. Deyirlər tapşırıq lap yuxarıdan gəlib. O yuxarı haradır, bilmirik. Deyirlər bilmirsiniz ki, o zavod kimə məxsusdur. Biz də dayanıb baxırıq, əlimizdən heç bir şey gəlmir. Onlara qarşı çıxsaq, bizim özümüzü basacaqlar içəri.
- Hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?
- Müraciət etmişəm hüquq-mühafizə orqanlarına. Gəldilər, amma yuxarıdan onlara haradansa zəng gəldi, qayıdıb getdilər.
Sahibkar deyir ki, mülkigeyimlilər onlara hələ iyulun 19-da müəssisəsinin fəaliyyətini dayandırmaq göstərişi veriblər.
«BİZİM RƏHBƏRLİK DƏ BU MƏSƏLƏ İLƏ MARAQLANIR»
«Baku Steel Company»də isə barələrində deyilənləri təkzib edirlər. Şirkətin şöbə rəisi Anar Məmmədov deyilənləri «şayiə» adlandırır:
– Elə şeylərə inanmayın. Hamısı boş söhbətlərdir, şayiələrdir, belə şeylərə siz fikir verməyin.
- Anar müəllim, zavodlara gedənlər Rasim Məmmədovun (Rasim Məmmədovun «Baku Steel Company»nin rəhbərliyində olduğu bildirilir – M.Ç.) adından danışırlar, deyirlər ki, bizi o, göndərib.
- Boş söhbətlərdir, elə şeylərə fikir verməyin. Bizim rəhbərlik də bu haqda maraqlanır və bu məsələ ilə bağlı ölçü götürüləcək.
Anar Məmmədova növbəti sualım bu məsələyə görə harasa müraciət edib-etmədikləri ilə bağlı oldu, amma sualım bitməmiş o, telefonu qapadı.
«R.A.N.K» MMC-nin təsisçisi Dövran Mikayılov isə onların müəssisəsindən daşınan yükün «Baku Steel Company»yə aparıldığını iddia edir. Onun dediyinə görə, müəssisə əməkdaşları yük maşınlarının arxasınca düşərək bu prosesi sona qədər izləyiblər.
ÖZƏL MÜLKİYYƏTİN TOXUNULMAZLIĞI HAVADAN ASILI VƏZİYYƏTDƏ...
Daxili İşlər Nazirliyindən isə AzadlıqRadiosuna deyiblər ki, indiyə qədər zavodlara mülkigeyimlilərin hücumları barədə nazirliyə hər hansı məlumat daxil olmayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, onlara bu barədə məlumat daxil olarsa, araşdırıb tədbir görərlər.
Amma əmlakı daşınan «Şəhriyar-99» MMC-nin rəhbərliyi bildirir ki, onlara hücumla bağlı indiyə qədər həm Baş Prokurorluğa, həm Daxili İşlər, həm də Milli Təhlükəsizlik nazirliklərinə teleqram vurublar.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, baş verənlər ölkə konstitusiyasının pozulması, özəl mülkiyyətin toxunulmazlığı hüququnun tam havadan asılı vəziyyətə düşməsi deməkdir:
«Bu o deməkdir ki, ölkədə özəl mülkiyyətə və şəxsi təhlükəsizliyə heç bir təminat yoxdur».
İqtisadçıya görə, ölkənin birinci şəxsi tərəfindən bu məsələnin qarşısı tez bir zamanda alınmalıdır.