Azərbaycan zəlzələdən zərər çəkən bölgələrə humanitar yardım göndərmək istəyir.
Bu barədə AzadlıqRadiosuna məlumat verən Xarici İşlət Nazirliyinin sözçüsü Elman Abdullayevin sözlərinə görə, onlar bu barədə İrana rəsmi müraciət ediblər. Amma hələlik İran tərəfindən cavab almayıblar.
Elman Abdullayev onu da əlavə edib ki, Təbrizdəki baş konsulluq xəsarət alan və ölənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmadığını araşdırır.
XİN rəsmisi həmçinin zəlzələdən əziyyət çəkənlərə yardım göstərmək niyyətində olanlara məsləhət görür ki, İranın Azərbaycandakı səfirliyinə müraciət etsinlər.
Ötən gün İranın Şərqi Azərbaycan əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 250-ni, yaralıların sayı isə 2 min nəfəri keçib.