-
...Deyirlər, Əsəd Cahangirin bir gənc dostu var, onu gələcəkdə yaxşıca tərif etməyi planlaşdırır.
Ona görə bəri başdan bizim uşaqların işini yamanlayır.
Guya bu cütlük (Əsəd və onun dostu) uzun zamandır Don Kixot və Sanço Pansa kimi bərabər addımlayır, həyatın enişli-yoxuşlu yollarında.
Guya bizim işimizi bilərəkdən kölgələməyə çalışıb , guya Sançosunu sonra geninə-boluna bəy tərifinə tutacaq...
Aysel Əlizadə
(Əsəd Cahangirin yazısı burda)
DON ƏSƏD CAHANGİR ƏFƏNDİYƏ CAVAB
“Vaxsey” sözünü heç kimə rəva görmürəm. Lap siz tənqidçi olub bir gün ədəbi gəncliyin “istehsal” etdiyi dərgini yorumlamalı, yorumlamaq zorunda olmalı, hətta olmamalı, yazıb pul qazanmalı, hətta qazanmamalı, nə isə bir məqsəd–məram güdməli, hətta güdməməli olsanız belə, istənilən səbəbdən ədəbi tənqiddə şaxsey-vaxsey eləməsəz, yaxşıdır.
Şaxsey-vaxsey ədəbiyyatın işi deyil, etnopanikadı. Belə şeyləri uşaq vaxtı bölgələrdə “Ya Hüseyn, vay Hüseyn, Bir də deyək Hüseyn vay, bir də, bir də, bir də deyək Hüseyn vay” şəklində eşitmişəm. Qara camaat öz müqəddəsini belə anır... belə yanır, belə qanır.
Etnopanikaya ehtiyac yoxdur!
Deyirlər, Əsəd Cahangirin bir gənc dostu var, onu gələcəkdə yaxşıca tərif etməyi planlaşdırır. Ona görə bəri başdan bizim uşaqların işini yamanlayır. Guya bu cütlük (Əsəd və onun dostu) uzun zamandır Don Kixot və Sanço Pansa kimi bərabər addımlayır, həyatın enişli-yoxuşlu yollarında. Guya bizim işimizi bilərəkdən kölgələməyə çalışıb , guya Sançosunu sonra geninə-boluna bəy tərifinə tutacaq. Mən də qulaq yalançısıyam. Don Kixot qədər ədalətli və sadəlövh olmasa da, Əsəd bəyin qərəzə əl qoyacağına inanmadım. Adamın ağlı yaxın düşmək istəmir. Gözləyək, görək nə olur.
Əslinə qalsa, yazını diqqətlə oxuyub cümlə-cümlə deşifrə etmək də olar ki, həqiqət ortaya çıxsın. Niyə də eləməyək?!
Don Əsəd yazır : “... qarşıdan Azərbaycan Yazıçılar Birliyinin zəruri kadr islahatları vəd edən və növbəsi çoxdan keçən növbəti qurultayı gəlir”. (kadr islahatları (?)
Xoşməramlı tənqidçimiz, kadr islahatları öncəsi bizim işimizi niyə qaralamağa çalışır görən?
Əvvəlcə yazır ki, ənənəvi üz qabığını dəyişmək lazım idi. Sonra yazır ki, ənənənin əksinə olaraq, müəllif şəkillərini jurnalın içində yox, üz qabığında veriblər. Öz-özünü inkar edən fikirlər yazı boyu bir-birini qovur. Amma bu dəyişikliyi nədənsə “bunlar nizamilər, füzulilər, natəvanlar deyil ki” qeydi ilə yenə qaralayaraq, şəkillərinin altında yazarların adlarını da qeyd etmək lazım idi - yazır. Əvvəla deməyim gəlir ki, jurnalı dizayner kimi yox, ədəbi tənqidçi kimi təhlil etmək lazımıydı! Qaldı üz qabığındakı şəkillərə, onlar simvolik anlam daşıyır.
Biz oxucunu şəkillərlə yox, yazılarla tanış edirik.
Oxucu bəyəndiyi yazının müəllifini özü axtarıb tapır. Bu həm də, oxucunu maraqda saxlamaq məqsədi daşıyır. Bir də, üz qabığında məsələn, ağac şəkli veriləndə altından “bu filan ağacdır” yazılmır, axı!
Üz qabığı oxucunu “Görən kim, kimdi? “ sualıyla məşğul edir bizim sayda. Yazıçı “pop star” deyil. Onun mütləq üzünü görmək lazımdı kimi bir kural yoxdu. Biz sevdiyimiz, oxuduğumuz hansı yazıçını üzdən tanımaq haqda kafa yoruruq? Kim təminat verə bilər ki, Füzuli eynən elə indiki illüstrativ rəsmlərdə olduğu kimi imiş?! Ya Nəsiminin şəkli fırt eləyib ədibin burnundan düşüb?! Şəxsən mən də ömrümdə Şekspiri görməmişəm, Əsəd bəy! Nə olsun ki, rəssamlar dramaturgiyanın Lirini, Lorunu bizə Santa Klaus kimi çəkib göstərirlər.
Öz yazısında Əsəd əfəndi daha bir həssas məqama kobud təhlil verib. Bu təhlil jurnalın arxa qabığında yer verdiyimiz , aylardı anlamsızca İranda saxlanılan şair dostlarımızın şəkilləri ilə bağlıdı. Əsəd bəy yazır ki, şairlərin şəkillərini gərək arxada yox, üz qabığında verərdiniz! Bunu özünəməxsus məntiqlə izah edir: Bu, gənc şairlərin İran hökuməti tərəfindən haqsız saxlanılmasına qarşı etirazın “Ulduz” versiyası olardı; ikincisi, üç aydan bəri ekran, efir, mətbuat və internet saytlarının əsl ulduzuna çevrilən bu gənclərin şəkli, kioskların yanından keçən hər kəsin diqqətini “Ulduz”a cəlb edər, jurnalın uğurlu satışının qarantına çevrilə bilərdi.
Məsələ isə belədi - şairləri jurnalın qabığında yayımlamaqla (ki, burda onların təkcə şəkilləri yox, yazılarından parça da verilib) biz “etirazın “Ulduz ” versiyasını” gerçəkləşdirdik. Üz qabığında vermədik , çünki hal-hazırda itin zülmünü çəkən gənclərimizdən kommersiya vasitəsi kimi istifadə etməyi özümüzə yaraşdırmadıq.
Sonra? Mmm... sonra gəlir tərcümə vaxtı ilə bağlı təhlil. Materialın ruscadan çevrilmələr olduğunun fərqinə varmadan Əsəd bəy gec də olsa, təklif edir ki, Bulqakovun yerinə gərək Murad Köhnəqalanın həyatını yazaydınız. Yaxşı təklifdi. Yazmağına yazarıq, amma azərbaycancaya çevirə bilməyəcəyik, üzrlü sayın. Belə şey olmur axı. Eyni dilə çevirmək kimi bir təcrübə yoxdur tərcümə sahəsində. Azərbaycancadan azərbaycancaya necə çevrilir, onu bilmirik. Bunu öyrədə bilsəniz, ədəbi prosesin inkişafına bir peşəkar tənqidçi kimi yarar və xidmətiniz olduqca böyük olar.
Görkəmli tənqidçi “Kipling Mozaikası” nı da bəyənməyib. Deyir: Kipling haqqında internetdə o qədər məlumat var, neynirdiniz onu verib?
Eh, Əsəd bəy, Əsəd bəy...
Biz Kiplingi bilirsiz niyə vermişik? Bax, tənqidçinin əsl işi bu məqamı açmaq idi. Qaosa görə, bir gün dünya ingilislərin əlində olacaqdı. O gün gəlib yetişdi. Bunun səbəbləri hamıya bəllidi. Ağıllıdılar, zəhmətkeşdilər və s. Kipling Nobel alan ilk ingilisdir, amma bu deyil onun jurnalımızda yer almasına səbəb. Kipling ədəbiyyatın ən gənc Nobelçisidi! Jurnalı gənclər hazırlayırdı deyə, biz illuminatlıq edib gizli kod qoyduq. Görək, hansı tənqidçi bunu yorumlaya biləcək. Axı tənidçi qanunən ən yaxşı oxucudu...Bekara!
Cavid Zeynallının “Mikayıl Rəfiliyə ağı”sını bu cümləylə tənqid edərək, əhvalımıza bir az Əsəb qatmaq istəyib Əsəd bəy: “C.Zeynallının “Bu gün sevməsələr də...” yazısında böyük ədəbiyyatşünas M.Rəfiliyə ağısı çağırılmış bayatı təsiri bağışlayır. “
Yəqin yazının sonunda göstərilən mənbəyə fikir verməyib müəllim. “Çağırılmış bayatı” emosional vəziyyətdə deyilən bayatıdır. Cavid isə, yazını konkret kitaba-mənbəyə əsaslanaraq oxuyub, düşünüb, vaxt sərf eləyib yazıb. Adını da ona görə “ağı” qoyub ki, təəssüflə, ağrıya-ağrıya yazdığı yazının qəhrəmanı dünyasını dəyişib.
“Zəmanə ədiblərindən nələr tələb etmək lazımdır” yazısı isə gənclik dərgisindən daha çox Akademiyanın Ədəbiyyat İnstitutunun elmi-tematik dərgiləri üçün yararlı ola bilərdi.”
Növbəti yanlış qərar!
Nəzərə alsaq ki, jurnal təkcə “mırt” vurmaq üçün deyil, həm də ədəbiyyatçılar üçündü! Bu cümləyə də bir quş!
“Nə Aysel xanımın istedadlı şairə Qumru Zeynallıya yazdığı ön sözdəki səmimiyyət, nə də Tünzalənin teatr-tamaşaçı probleminə həsr olunmuş “Antrakt” yazısındakı kifayət qədər ağıllı və obyektiv münasibət hələ belə bir tənqidçinin varlığından xəbər vermir“.
Təklif eləyirəm, burda bir əl saxlayıb, dərindən nəfəs alaq... nəfəsi buraxaq. Bir məsələ çoooxx müəmmalıdı. Fikir verin, istəsən belə əlinə bir tənqidçini ifşa etmək üçün bu cür şans düşməz. Don tənqidçi özü yazdığı kimi “istedadlı şairə Qumru Zeynallı” nı, “ağıllı və obyektiv münasibət” sərgiləyən Tünzalənin yazısını təhlil etməkdənsə (ki, tənqidçinin birbaşa işi budu), məhz ümumilikdə görülən işin yanlış olduğunu sübut etməyə çalışır. Yazır: “Ümumən götürəndə, jurnalda ən yeni ədəbi nəslin yaradıcılığını təhlilə çəkən gənc, heç olmasa qoca tənqidçi imzasına ehtiyac varıydı. Çünki hər hansı bədii fakt yalnız analitik süzgəcdən keçəndən sonra özünün təsdiqini tapır.”
Biz sizə 22 bədii fakt təqdim eləmişik. Bəs niyə süzgəcdən keçirmədiniz? Qumrunun şeirlərini yox, mənim Qumru üçün yazdığım təqdimatı təhlil etməniz heç yaxşı olmadı. Bu tənqidi məqaləmi, çıxarışmı, resenziyamı janrını aydınlaşdıra bilmədiyim yazınızı niyə uşaqların yaradıcılığına sərf eləmədiniz? Sözün düzü, biz, “topdan biz” sizdən daha dekonstruktiv tənqid gözləyirdik, bu qədər formal məqalə yox. Gəncləri üslubsuzluqda suçlayan, modern yazılar gözləyən tənqidşünas niyə öz sahəsində yenilik edib örnək olmur, axı.
Əsəd bəy, deyirsiz ki, qadın yazarlar niyə yazılarında “Berta, Jezebel, Eliziya“ kimi yabançı adlardan istifadə ediblər. Necə yazmısınız? Bu “avropasentrizm” meylidi. Bilsək ki, adları dəyişib tutalım, Fatma, Güləndam, Nisə eləsək (etnosentrik yani) hər şey alayı cür olacaq, təqdir olunacaq, dəyişərik. Ədəbiyyatın xeyrinə olsun da. Siz bilirsiniz, axı.
“Aysel xanımın müəllif seçimində bir təsadüfilik hiss olunur. Bölgələrdə, ölkə sərhədlərindən kənarlarda yaşayan müəlliflər diqqətdən kənarda qalır. Gənclərin dərc etdiyi əvvəlki saylarda da yer alan müəlliflərə təkrarən meydan verilir və s.”
Bu da gizli mətləblərdən xəbər verir. “tanınmayanlar” mı çıxacaq ortaya?!
Jurnalda başlıca ideya yeni imzalar təqdim etmək idi. “Gənc Ədiblər” dən yalnız bir neçəsi çap olundu. Onlar da yeni dəsti–xəttlə. Nərmin sorğu hazırladı, Günel hekayə yazdı, Rəbiqə də eynən, Cavid araşdırma yazısı və s. Publisistik yazılar , müsahibə, sorğu , araşdırma, şeir, özümüzdən əvvəlki nəsildən nümunə, tərcümə, təqdimat, təhlil... kifayət edir məncə. Epos yaratmaq fikrində deyildik, sadəcə rəngarəng, maraqlı bir dərgi hazırladıq, bu qədər! Bölgələrdən də yazı verdik, yeni imzalar da yayımladıq. Hətta ilk dəfə bizim təqdimatımızda çap olunan yeni yazarlarla da tanış etdik oxucunu. Bunları siz demiş “peşəkar süzgəcindən” keçirən lazım idi.
Əfsus! Əfsus ki, Azərbaycan adlı başıdaşlı məmləkətdə özünə tənqidçi adı qoyan hər kəs hələ də sosrealizmi təhlil edir. Çağdaş ədəbi prosesə qoşulmur, qoşulmaq ağlına gəlmir.
Çünki bilmir axı, bilmir ki, tənqid ölkədə gedən ədəbi prosesi anbaan izləyib ona təkan verən, işıq ucu görünən kimi ora cuman, yorumlayan sahədi. Bu sahədə hər imzanı izləmək, münasibət sərgiləmək, yozmaq, imza yetişdirmək lazımdı. O istəyir hazır yazıçı gəlsin desin ki, al, bu da mənim fövqəlromanım, di, çöz!
Yaxşı tənqidçi bir ədəbi prosesə əl qoyan, yazıçı yetişdirən adamdı. Peşəkardı. Bu tərifi ədəbiyyatşünaslıq tarixinə biz salmamışıq ki...
"Oxu zalı"ndan: polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana yollaya bilərlər: oxuzali@azadliqradiosu.az