-
Mən sadədil adamı
Məscid də,
kəlisa da aldatdı.
Göydə mələklər,
Yerdə Məhəmməd,
Məsiha aldatdı.
Haqqın bir üzü var, derlər,
amma
haqqın bir üzünü
Cənabi-Haqq da
gizlədi, aldatdı.
Doğuldum-aldandım,
Yaşadım-aldandım,
Sevdim- aldandım,
Öldüm-aldandım...
Nə xoşbəxtəm, Allahım,
Mən aldadan olmadım,
Mən, sadəcə, aldandım...
Mən sadədil adamı
Məscid də,
kəlisa da aldatdı.
Göydə mələklər,
Yerdə Məhəmməd,
Məsiha aldatdı.
Haqqın bir üzü var, derlər,
amma
haqqın bir üzünü
Cənabi-Haqq da
gizlədi, aldatdı.
Doğuldum-aldandım,
Yaşadım-aldandım,
Sevdim- aldandım,
Öldüm-aldandım...
Nə xoşbəxtəm, Allahım,
Mən aldadan olmadım,
Mən, sadəcə, aldandım...