-
Sən, ya mənim yuxumdasan,
Ya xəyallar şəhərində.
İndi hər şey cavabsızdı,
Bu suallar şəhərində.
Nə qəfəsik, nə də quşuq,
Amma biz də doğulmuşuq.
Elə bil ki doğulmuşuq
Qeylü-qallar şəhərində.
Tanış dəniz, tanış mayak,
Azaq gedək, barışmayaq.
Gəl bir müddət danışmayaq,
Gəzək lallar şəhərində.
Şaxta, soyuq, ayaz-adım,
Gəldim sənə addım-addım.
Acı yedim, acı daddım,
Həm bu ballar şəhərində.
Bir yerim var, bir göyüm var,
Acı-şirin taleyim var.
Nəyim yoxdu, hər şeyim var
Ehtimallar şəhərində.
"Azərbaycan"
Sən, ya mənim yuxumdasan,
Ya xəyallar şəhərində.
İndi hər şey cavabsızdı,
Bu suallar şəhərində.
Nə qəfəsik, nə də quşuq,
Amma biz də doğulmuşuq.
Elə bil ki doğulmuşuq
Qeylü-qallar şəhərində.
Tanış dəniz, tanış mayak,
Azaq gedək, barışmayaq.
Gəl bir müddət danışmayaq,
Gəzək lallar şəhərində.
Şaxta, soyuq, ayaz-adım,
Gəldim sənə addım-addım.
Acı yedim, acı daddım,
Həm bu ballar şəhərində.
Bir yerim var, bir göyüm var,
Acı-şirin taleyim var.
Nəyim yoxdu, hər şeyim var
Ehtimallar şəhərində.
"Azərbaycan"