Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:52

Elmar Məmmədyarov İrana gedir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 30-31-də Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv olan ölkələrin zirvə toplantısında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək.

Trend-in məlumatına görə, bunu avqustun 29-da jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Və əlavə edib ki, bu, kifayət qədər yüksək səviyyəli səfərdir.

«Qoşulmama Hərəkatı Azərbaycan üçün vacib bir təşkilatdır və Azərbaycan bir ildən artıqdır ki, bu Hərəkata üzvdür».

Hərəkatın 120 üzvündən 117-si Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləmişdi.

Onun sözlərinə görə, səfər zamanı nazir Məmmədyarovun İranda ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Sammit çərçivəsində avqustun 28-29-da keçirilən xarici işlər nazirləri konfransında Azərbaycandan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Qoşulmama Hərəkatının 16-cı sammiti avqustun 31-dək davam edəcək.

Sammitdə 35 ölkə lideri və 80-dən çox ölkənin nümayəndəsi iştirak edir.

İran sammitə görə Azərbaycana qarşı müvəqqəti viza rejimi tətbiq edib.
XS
SM
MD
LG