Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:33

1 gün gecikmə ilə vizasız rejim bərpa olundu


Azərbaycan-İran sərhədində Astara keçid məntəqəsi
Azərbaycan-İran sərhədində Astara keçid məntəqəsi
Tehranda Qoşulmama Hərəkatına üzv olan ölkələrin zirvə toplantısının keçirilməsini əsas gətirərək İran tərəfi avqustun 5-dən 31-nə kimi Azərbaycanla viza rejimini bərpa etmişdi. Həmin müddət bitdikdən sonra İran tərəfi sentyabrın 1-dən etibarən viza rejimini ləğv etdiyini elan etdi. Lakin həmin gün Astara keçid məntəqəsində vizası olmayan Azərbaycan vətəndaşlarını İrana buraxmadılar.

Astara rayon polis şöbəsindən aldığımız məlumata görə, sentyabrın 2-dən Astara keçid məntəqəsində vizasız rejim yenidən bərpa olunub.

Dünən Azərbaycan - İran sərhəddində sakinlərin böyük axını müşahidə edilib.

Astara şəhər sakini Baldadaş Nəzərovun deməsinə görə, İrana keçməkdə heç bir problem olmayıb. Onun dediyinə görə, 20 gün ərzində İran Astarasının yerli bazarında gündəlik tələbat malları bahalaşıb. Yerli bazarda 1 ABŞ dolları 2200 tümənə satılır.

Onun bildirdiyinə görə, hər bir Azərbaycan vətəndaşı İrana 5 gündən bir gedə bilər.

İran tərəfi 2011-ci ilin fevralından etibarən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Qaydaya görə Azərbaycan vətəndaşları İranda 1 ay qala bilərlər. İran 60 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv etdiyini bildirir.

Sərhəddin 45 kilometrliyində yaşayan İran vətəndaşları isə sadələşdirilmiş qaydada həftənin 3 günü hər gün 200 nəfər olmaqla bu taya keçə bilirlər.
XS
SM
MD
LG