Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:01

Rasmussen Ramil Səfərovun əfvindən təəssüf bildirib


Foto arxiv
Foto arxiv
NATO-nun baş katibi Andres Fogh Rasmussen Azərbaycan zabiti Ramil Səfərovun əfv olunmasından təəssüf bildirib.

O Ermənistana səfəri zamanı AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində qeyd edib ki, bu faciədir, buna sevinmək olmaz.

Rasmussen Yerevan Dövlət Universitetində də olub, bildirib ki, Ramil Səfərovun əfv edilməsi etimadı pozur və bu sülh prosesinə ziyan vurur.

O qeyd edib ki, gərginlik azaldılmalı və regional əməkdaşlıq və barışıq istiqamətində konkret addımlar atılmalıdır.

Rasmussen deyib ki, cümə günü Bakıya səfəri zamanı bu barədə məsələ qaldıracaq.

1000-dən çox tələbə Rasmussenin çıxışı zamanı Universitetin ətrafında etiraz aksiyası keçirib, “ Biz ədalət tələb edirik” kimi şüarlar səsləndiriblər.

Ermənistan prezidenti Sarkisyan isə Rasmussenlə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında Azərbaycanın bu addımının Cənubi Qafqazda ümumi təhlükəsizliyə ciddi əngəl olduğunu bildirib.

Ramil Səfərov 2004-cü ildə Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabiti Gurgen
Markaryanı qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbsə məhkum edilmişdi.

Azərbaycan prezidenti İlham Əliyev avqustun 31-də vətənə verildikdən sonra onu əfv edib.

Ramil Səfərov erməni zabitini Azərbaycan bayrağı və xalqını təhqir etdiyinə görə öldürdüyünü deyir.

Ermənistan buna görə Macarıstanla diplomatik əlaqələri dondurub.
XS
SM
MD
LG