-
SƏFİRLİK: «HƏR ZAMAN AYIQ-SAYIQ OLUN»
ABŞ-ın Bakıdakı səfirliyi sentyabrın 17-də Facebook sosial şəbəkəsində xəbərdarlıq yayıb ki, səfirlik qarşısında aksiya ola bilər. Səfirlik bunu media mənbələrinə istinadla yayıb.
«Nümayişin dünyada gedən anti-Amerika etirazlarına bağlı olduğu təxmin edilir... Hətta dinc məqsədli aksiyalar belə zorakılıqla nəticələnə, öncədən gözlənilməyən nəticələr verə bilər. Hər zaman ayıq-sayıq olun».
Məlumatda belə deyilir.
ABŞ SƏFİRLİYİ QARŞISINDA AKSİYAYA CƏHD
Sentyabrın 17-də bir qrup şəxs ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Polis aksiyaya müdaxilə edib, onların səfirliyə yaxınlaşmasına imkan verməyib.
AzadlıqRadiosunun müxbiri hadisə yerindən xəbər verir ki, ondan çox adam saxlanıb, Nəsimi rayon polis idarəsinə aparılıb. Aksiya iştirakçıları Məhəmməd peyğəmbər haqda ABŞ-da çəkilən filmə etiraz ediblər, filmi pisləyən şüarlar səsləndiriblər.
Bu günlərdə ABŞ-da Məhəmməd peyğəmbər barədə çəkilmiş filmin internetlə yayılması müsəlman dünyasının qəzəbinə səbəb olub. Misir, Yəmən, Tunis və Sudan da daxil olmaqla 20-dən çox müsəlman ölkəsində filmə etiraz olaraq aksiyalar
keçirilib.
Bundan əvvəlsə bir qrup silahlı adam sentyabrın 11-i gecə Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum edərək konsulluğu yandırıb. Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.
ABŞ prezidenti Barack Obama hücum edənlərin məsuliyyətə cəlb ediləcəklərini vəd edib. ABŞ Dövlət katibi Hillary Clinton da ABŞ hökumətinin Məhəmməd peyğəmbər barədə çəkilmiş filmlə heç bir əlaqəsi olmadığını deyib. Hillary Clinton internetdə yerləşdirilmiş bu filmin iyrənc və mühakiməyə layiq olduğunu bildirib. Dövlət katibi qeyd edib ki, bu zorakılığa heç bir əsas vermir.