Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:35

Gürcü nazir işgəncə faktına görə istefa verdi. Tbilisidə etiraz aksiyası [Video]


Tbilisidə həbsxanada zorakılıq əleyhinə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Tbilisidə həbsxanada zorakılıq əleyhinə etiraz aksiyası

-

Həbsxanada işgəncə faktına görə Tbilisdə etiraz aksiyası başlayıb - CANLI

Həbsxanada işgəncə faktına görə Tbilisdə etiraz aksiyası başlayıb - CANLI

Your browser does not support iframes.

​Gürcüstanın iki müxalifət televiziyası – Maestro və TV-9 kanalları Tbilisidəki 8 nömrəli Qldan həbsxanasında çəkilən işgəncə kadrlarını yayımlayandan əməlli başlı qalmaqal yaşandı. Sentyabrın 18-də Tbilisdə həbsxanalarda pis rəftara qarşı çıxanların etiraz mitinqi keçirildi.

Mitinqə qatılanlardan “Liberali” jurnalının redaktoru Shorena Shaverdashvilinin sözlərinə görə, bu ilk dəfə deyil ki, Gürcüstan həbsxanasında işgəncə faktı ortaya çıxır.

“Bu həbsxanalarda ilk işgəncə faktı deyil. Uzun illərdir ki, ombudsmanın hesabatında bu haqda danışılır. Təkcə ötənilki hesabatda həbsxanalarda işgəncə və pis rəftarla bağlı 140 haldan danışılır. Odur ki, burada tendensiyanın davam etməsindən və getdikcə dəhşətli şəkil almasından söhbət gedir.”

Gürcü nazir işgəncə faktına görə istefa verdi - [VİDEO] Videonun məzmununa görə AzadlıqRadiosuməsuliyyət daşımır.

Gürcü nazir işgəncə faktına görə istefa verdi - [VİDEO]



Videonun məzmununa görə AzadlıqRadiosu məsuliyyət daşımır
Mitinqdə Shevardashvili təcili olaraq Daxili İşlər və Ədliyyə nazirlərinin istefasını tələb edirdi. Və bu gün sentyabrın 19-da Gürcüstanln cəzaların icrasına nəzarət və hüquqi yardım naziri – Penitensiar xidmətin rəhbəri Khatuna Kalmakhelidze istefasını açıqlayıb.

Prezident Mikheil Saakashvili isə söz verib ki, işgəncə olayına qarışan hər kəs cəzalandırılacaq. Prezidentin sözlərinə görə, artıq olayda iştirak edənlərin çoxu həbs edilib. Saakashvilinin söz verir ki, “bu dəhşəti törədənlər uzun illər həbsdə qalacaq”.

Göstərilən video görüntülərlə bağlı Tbilisidə keçirilən mitinq gecə və bu gün boyu da davam edib.

BRÜSSELDƏ MÜXALİFƏT LİDERLƏRİ DAHA TƏMKİNLİ DANIŞIB

Baş verənlərlə bağlı bu gün Brüsseldə Avropa Birliyi Siyasət mərkəzindəki müzakirələrdən birində də fikir mübadiləsi aparılıb.

Ancaq Tbilisidəki çağırışlardan fərqli olaraq, Gürcü arzusu hərəkatının liderlərindən Tedo Japaridze məsələni siyasiləşdirməməyi təklif edib.

“Bu çox pis, təhlükəli və dəhşətli hadisədir, ancaq eyni zamanda bu məsuliyyətimiz anlamalı, gərəksiz hərəkətlərə yol verməməli və siyasi qarayaxma kampaniyasında yeni element kimi istifadə etməməliyik”.

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Giorgi Kandelaki isə bildirib ki, artıq bu video görüntüləə görə müxalifət lideri İvanishvilinin pul verməsini ortaya çıxarıblar.

Sözügedən video görüntülərin nə vaxt çəkildiyi bilinməsə də, bir kadrda avqustun 24-də çəkildiyi haqda qeyd var.

"İŞGƏNCƏ VƏ VİDEOÇƏKİLİŞ SİFARİŞİ MÜXALİFƏTDƏN GƏLİB?"

Görüntülərdə məhbuslar nəzarətçilər tərəfindən əhatəyə alınıb, sırayla döyülürlər. Videolardan birində məhbuslardan birinin dəyənəklə zorlanması və bağırtıları yer alıb.

Gürcüstan Daxili İşlər nazirliyi dərhal həbsxanadakı 3 məsul şəxsin həbs olunduğunu bildirib. Ancaq onu da bildiriblər ki, həbsxana rəsmiləri bu işgəncəni və videoya çəkilməsini də sifarişlə törədiblər. İddiaya görə sifariş isə Gürcü arzusu müxalifət hərəkatı ilə əlaqəli olan məhbus Tamaz Tamazashvilindən gəlib.

Polis bildirib ki, həbs edilən rəsmilərdən birinin otağından video avadanlıq və 17 min dollar pul aşkarlanıb.

Tamaz Tamazashvili hazırda həbsxanada olsa da, oğlu Gürcü arzusu hərəkatından deputatlığa namizəddir. Onun kürəkəni isə, Gürcü arzusunun lideri, milyarder Bidzina İvanishvilinin müşaviri olan İrakli Garibashvilidir.

Tamazashvili özü 2011-ci ilin oktyabr ayında İvanishvili siyasi ambisiyalarını bəya edəndən sonra tutulmuşdu. Onu silah saxlamaq ittihamı ilə 3.5 il həbs cəzası vermişdilər. və müxalifət Tamazashvilini siyasi məhbus sayır.

Tbilisidə etiraz aksiyasından fotolar:


XS
SM
MD
LG