Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:09

Rəsul Quliyev qarşıdakı prezident seçkisində namizəd olacağını açıqladı [Video]


İşdən sonra - Rəsul Quliyev canlı efirdə...
Gözlə

No media source currently available

0:00 0:54:19 0:00
Direct-ə keçid
-
Sentyabrın 19-da «İşdən sonra» proqramında Açıq Cəmiyyət Partiyasının lideri, keçmiş spiker Rəsul Quliyev canlı efirdə ölkədə baş verən siyasi prosesləri şərh edib.

Rəsul Quliyevin veriliş ərzində söylədiyi fikirlərdən bəzi sitatları diqqətinizə çatdırırıq:

- 2013-cü ildə ölkədə köklü dəyişikliklər olmasa, vəziyyət acınacaqlı olacaq.

- Hədəf bir olmalıdır. Hədəf 2013-cü il prezident seçkiləridir.

- Müddəalar həyata keçməsə, 2013-cü ildə heç nəyə nail olunmayacaq.

- Çəkiclə bir nöqtəyə vursaq, istənilən möhkəm metalı zədələmək olar.
- Hər gün bu iş o qədər görülməlidir ki, hakimiyyət bezsin.

- İnsanların bu hakimiyyətə nifrəti nə qədərdirsə, polisin də nifrəti o qədərdir. Amma polis o vaxt xalqın tərəfinə keçir ki, güc xalqda olur.

- Mən iddialı adam deyiləm.

- Mən təkbaşına xalqı gücə çevirə bilmərəm.

- Nəyin xatirinə İctimai Palataya qoşulmalıyam?

- İctimai Palata YAP-la birgə sənədə imza atmaqla bizim xaricdə olan dəstəyimizə zərbə vurdu.

- Bu imzanı iqtidar bayraq edib bütün dünyanı gəzəcək.

- Mənə olan inama kifayət qədər zərbələr dəyib. Bəzi vaxtlar mənim günahımdan, bəzi vaxtlar mənim günahım olmadan.

- 2003-cü ildə o qədər də böyük sövdələşmə olmayıb. Əslində mən həmin vaxt İsa Qəmbərə dəstək vermək istəmirdim. Ancaq məni yoldan çıxardılar. İndi isə heç vaxt sövdələşmə olmayacaq.

- 2013-cü ildə mən də namizəd olacağam.

- Mən ürəkdən istəyirəm ki, ölkənin içində lider tapıb onun arxasınca getsinlər.

- Okeanın bu tayına yuxarıdan aşağı baxmaq düzgün deyil.

- Mən heç vaxt heç kimdən rüşvət almamışam.

- Mən Heydər Əliyevin hakimiyyətə gəlməsindəki rolumu səhv hesab etmirəm. O vaxt Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Ayaz Mütəllibov və Surət Hüseynov hakimiyyətə gələcəkdi. Xalq Cəbhəsinin hakimiyyətdə qalmaq şansı yox idi.

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG