-
Franz Kafka
(yığcam nəsr)
ÇALAĞAN
Çalağanıydı.
Dimdiyi ilə vurub ayaqlarımı didirdi.
Ayaqqabılarımı və corablarımı didib-dağıtmışdı, indi də yalın ayaqlarımı dimdikləyirdi.
Yorulmadan elə hey vurur, sonra dayanır, vurnuxur, havaya qalxıb bir neçə dəfə ətrafımda dövrə vurur və yenidən işinə davam edirdi.
Kimiydisə, yanımızdan bir cənab keçirdi. Bir az baxandan sonra buna niyə dözdüyümü soruşdu.
- Köməksizəm axı, - cavab verdim. - Quş ayağıma dimdik atmağa başlayanda, əlbəttə ki, onu qovlamağa çalışdım. Tutub boğmaq da istədim hətta. Di gəl çox qüvvətlidi andıra qalmış. Çalağan üzümü hədəf almışdı, mən də ayaqlarımı qurban verdim. Didib-parçalayıb demək olar ki.
- Bu əzaba niyə dözürsüz axı? - cənab təkrar soruşdu. - bircə güllə bəsdi, vurun, çalağanı gəbərdin.
- Yəni bu qədər asan? - Bəlkə onu siz vurasız?
- Niyə vurmuram, - cənab cavab verdi. - Amma bundan ötrü gərək evə gedib tüfəngimi gətirim. Yarım saat da dözə bilərsiz?
- Nə bilim, - deyib sanki ağrıdan bədənim keyimiş təki bir neçə saniyə hərəkətsiz qaldım, sonra - Mümkünsə, gedin, gətirin. - dedim. - Cəhd eləmək lazımdı hər halda...
- Yaxşı, - cənab razılaşdı, - onda qoy tələsim...
Çalağan bizim bütün bu söhbətimizi sakitcə dinləyir, gah mənə, gah da cənaba baxırdı.
Birdən hiss etdim ki, hər şeyi başa düşdü; havaya qalxdı, sürət yığmaq üçün dövrə vurub üstümə şığıdı, dimdiyi nizə kimi ağzımın içinə saplandı.
Arxam üstə yerə dəyəndə hiss elədim ki, artıq azadam və çalağan bütün dərələri dolduran, bütün sahilləri basan qanımda biryolluq boğulub.
Ruscadan tərcümə