Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:47

Obama Məhəmməd peyğəmbər haqda filmin Amerikaya təhqir olduğunu deyir


ABŞ prezidenti Barack Obama BMT Baş Assambleyasında çıxışı zamanı. 25 sentyabr 2012
ABŞ prezidenti Barack Obama BMT Baş Assambleyasında çıxışı zamanı. 25 sentyabr 2012
"Amerikada Məhəmməd peyğəmbərlə bağlı çəkilən film ancaq müsəlmanlara yox, bütün Amerikaya qarşı təhqirdir.
ABŞ Prezidenti Barack Obama müsəlman dünyasında etirazlara səbəb olan filmlə bağlı BMT Baş Assambleyasının illik sessiyasında çıxışında belə deyib."

"Bu filmin Amerika hökumətinə heç bir dəxli yoxdur və inanıram ki, ordakı fikirləri ortaq insani dəyərləri bölüşən hər kəs rədd eləyir. Bu təkcə müsəlmanlara yox, həm də Amerikaya təhqirdir".

Obama əlavə edib ki, filmlə bağlı etirazlar zamanı baş verən hücumlar da təkcə Amerikaya yox, BMT-nin yaranış ideallarına qarşı təhdiddir.

ABŞ prezidenti öz dövlət siyasətini Amerikaya, Qərbə, İsrailə qarşı nifrət üzərində quranların izolyasiya, təcrid olunma vaxtının yetişdiyini söyləyib. Deyib ki, Suriyada Bashar al-Assad rejiminin hakimiyyəti sona çatmalıdır, amma İran onun ömrünü uzatmağa çalışır. Obama BMT-yə bildirib ki, İranın nüvə proqramı ilə bağlı böhranın diplomatik yolla həllinə ayrılan vaxt da “sonsuz” deyil.

Obamadan öncə Baş Assambleyasının açılış nitqində BMT Baş Katibi Ban Ki-moon bildirib ki, hər hansı bir dövlətin digərinə yönələn hərbi hədələrini qəbul etmək mümkün deyil. İstənilən bu cür hücum fəlakətə gətirib çıxara bilər.

İran prezidenti Mahmud Ahmadinejad sentyabrın 25-də BMT Təhlükəsizlik Şurasını İsrailin "nüvə başlıqlarını" müdafiə etməkdə suçlayıb, İsrailin istənilən hücumunun qarşısını almağa qadir olduqlarını və bu halda İsraili “yox edəcəklərini” bildirmişdi.

İsrail və Qərb dövlətləri İranın hərbi məqsədlə nüvə proqramını davam etdirdiyini iddia edir, İran isə iddiaları əsassız adlandırır.
XS
SM
MD
LG