Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:47

Rafiq Tağı Mükafatı yaradıldı


Rafiq Tağı
Rafiq Tağı
-
«Mükafatı yaratmaqda məqsədimiz Rafiq Tağının təbliğ etdiyi bəşəri dəyərləri Azərbaycan cəmiyyətinə çatdıran yazıçılara dəstək olmaqdır».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «Dalğa» Gənclər Hərəkatının sədr əvəzi Kamran Rəşidov söylədi.

AVROPA VƏ BƏŞƏRİ DƏYƏRLƏR TƏBLİĞ OLUNSUN

Onun dediyinə görə, məqsədləri həm də Rafiq Tağını unutmamaqdır:

«İstərdik ki, yazıçılar maarifləndirici yöndə yazmağa davam etsinlər. Avropa və bəşəri dəyərlərin yayılmasına xidmət etsinlər».

JURNALİST YAZILARI QALİB OLA BİLMƏZ!

Kamran Rəşidov potensial qaliblərin bir il ərzində seçiləcəyini bildirdi:

«Bir il ərzində kimlərin nə yazdığını müəyyənləşdirməyə çalışacağıq».

Aparıcının: «Ancaq ədəbi əsər yazanlar mükafata namizəd ola bilər, yoxsa jurnalistika da bura daxildir» sualı belə cavablandı:

«Ancaq ədəbi əsər yazanlar. Jurnalistika nəzərdə tutulmayıb».

İLDƏ ÜÇ QALİB SEÇİLƏCƏK

«Dalğa» təmsilçisi ildə 3 qalib seçiləcəyini dedi:

«Birinci mükafatın sahibinin kitabı nəşr olunacaq—1000 tirajla. 2-ci və 3-cü yerlərin qalibləri isə pul mükafatı qazanacaq».

TƏŞƏBBÜS KİMDƏN GƏLDİ?

Kamran Rəşidov bu sualı belə cavabladı:

«Ümumiyyətlə, «Dalğa» Gənclər Hərəkatında bütün təşəbbüslər müzakirəyə çıxarılır. Bu, İdarə Heyətinin fikri idi. Müzakirədən sonra qəbul olundu».

İLK MÜKAFAT NƏ VAXT VERİLƏCƏK?

Kamran Rəşidov yeni mükafatın Rafiq Tağının ölüm günündə veriləcəyini söylədi:

«Mükafat noyabrın 23-də, Rafiq Tağının xəstəxanada vəfat etdiyi gündə təqdim olunacaq. Yəqin ki, şəhərin otellərinin birində təntənəli təqdimetmə mərasimi ilə».

Rafiq Tağı ötən il noyabrın 19-da işdən evə qayıdarkən sui-qəsdə uğrayıb və aldığı xəsarətlərdən noyabrın 23-də xəstəxanada vəfat edib.
XS
SM
MD
LG