İngiltərə milli futbol yığmasının keçmiş əfsanəvi hücumçusu Gary Lineker müsəlman futbolçuları təhqir edib.
Lineker hazırda BBC-nin aparıcı futbol şərhçisidir və jurnalistika ilə məşğul olur.
Elə təhqir aktı da televiziya proqramında baş verib.
İki müsəlman futbolçu vurulan qoldan sonra diz çökərək namaz qılırmış kimi vəziyyət alanda, Lineker şərh verib: “Deyəsən bunlar otlayırlar”...
Britaniya qəzetləri qeyd edirlər ki, ümumiyyətlə, bu, son zamanlar müsəlman futbolçular arasında dəbə minmiş pozadır.
Ən maraqlısı budur ki, Linekerin bu şərhi Al Jazeera televiziyasının translyasiyasında səslənib.
BBC-nin ən böyük futbol siması olan Gary Linekerə korporasiya güzəşt edərək, həm də Al Jazeera ilə müqavilə bağlamağa icazə verib.
Təhqiramiz şərh isə Çempionlar Liqası çərçivəsində Schalke və Montpellier komandaları arasında matç zamanı futbolçular Ait-Fana və Younes Belhanda haqqında edilib.
Gary Lineker-in bu şərhi az sonra sosial şəbəkələrdə qəzəb partlayışına səbəb olub.
Tamaşaçılardan biri Twitterdə yazırdı: “Linekerin “səcdə” edən müsəlmanlar barədə şərhi axmaqlıqdır və onun nadanlığından xəbər verir”...
Başqa bir istifadəçi isə yazıb: “Mən də bu cümə ibadətə, ya da Linekerin dediyi kimi otlamağa gedəcəyəm”.
“The İndependent” yazır ki, Gary Lineker son dərəcə məyus olduğunu və müsəlmanlardan üzr istədiyini bildirib.
Lakin məşhur şərhçi bu zaman da şərhindən qalmayıb: “Bağışlayın ki, mən hər bir futbolçunun hansı dinə sitayiş etdiyini bilmirəm”.