Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:17

Gülər Əhmədova prokurorluqda ifadə verib


Gülər Əhmədova
Gülər Əhmədova
Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova oktyabrın 9-da prokurorluqda dindirilib.

APA-nın məlumatına görə, o Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda ifadə verib.

Baş Prokurorluğun mətbuat xidməti APA-ya faktı təsdiqləyib.

Sentyabrın 25-də internetdə ABU-nun keçmiş rektoru Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video yayılıb.

Videomaterialda deputatla keçmiş rektor və vasitəçi kimi təqdim olunan S.Babayeva arasında Elşad Abdullayevin deputat seçilməsi üçün ondan külli miqdarda rüşvət tələb olunmasında istənilməsindən söhbət gedir.

Söhbətdə yüksək vəzifəli şəxslərin də adı çəkilir.

Bununla bağlı Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin dələduzluğa görə cəza nəzərdə tutan maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. Bu ittihamlar məhkəmədə haqlı bilinsə, suçlu tərəf əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilə qəsər müddətə azadlqıdan məhrum edilə bilər.

Gülər Əhmədova videonun montaj olduğunu bildirir və hər hansı qanunsuz əməli olmadığını deyir. O, istintaqa mane olmamaq üçün də deputat mandatından imtina etdiyini deyir. Amma üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi artıq onu "dələduz" adlandırıb.
XS
SM
MD
LG