Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:45

Azərbaycan yazıçıları "Nobel"ə layiq görülən Mo Yan haqda


Nobel mükafatının medalı
Nobel mükafatının medalı
-

Əkrəm Əylisli: "Bu adda yazıçı tanımıram".

Rasim Qaraca: "Nobel siyasi mükafatdır"



2012-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Mo Yan Azərbaycanda nə dərəcədə tanınır? Yazarlar arasında keçirdiyimiz sorğunu təqdim edirik.


Bu il özünün də Nobel Mükafatına namizədliyi qeydə alınmış yazıçı Kamal Abdulla builki laureatı tanımadığını bildirdi:

“Təəssüf ki, bu yazarı tanımıram. Bundan sonra onun reklamı o qədər aparılacaq ki, yaxından tanıya biləcəyik. Nobel mükafatına 1000-nə yaxın yazıçının namizədliyi qeydə alınır, onlar bu haqda məlumat vermirlər. Onluqda adı daha çox hallanan yazarlar arasında Umberto Eko var. Eko mənim sevimli yazıçımdır.

Murakaminin də mükafata
Kamal Abdulla
Kamal Abdulla
layiq görüləcəyi ehtimal olunurdu.

Ümumiyyətlə, siyahıda kifayət qədər dünyaca məşhur yazarların adı var idi. Onların hər biri mükafat almağa layiqdirlər”

Şair Rasim Qaraca:

“Tanımıram, vallah. Biz o qədər adamı tanımırıq ki… Ümumiyyətlə, Nobel mükafatını siyasi mükafat hesab edirəm. Seçimin obyektiv olduğuna o qədər də inanmıram. Sözün düzü, olayları təqib etmirəm, amma bu mükafatın Umberto Ekonun alacağını ehtimal edirdim. Murakaminin, Kunderanın adı çəkilirdi. Bu yazıçıları gözləyirdim. Mo Yanın mükafat almağı adamın ağlına dərhal siyasi motivləri gətirir.”

Şair Səlim Babullaoğlu:

“Mao Yanı imza kimi tanıyıram, amma yaradıcılığı haqqında geniş bilgim yoxdur”.

Yazıçı Əkrəm Əylisli:

“Qardaş, xəbərim yoxdur. Bu adda yazıçı tanımıram. Oxumamışam. Hamını oxumaq
Həmid Herisçi
Həmid Herisçi
olmur axı. Düzü, bilmirdim hansı yazıçılar siyahıda vardı. Nobel mükafatı siyasi mükafatdır. Əvvəllər belə deyildi, indi daha çox siyasi məqsədlər üçün verilir. Çin böyük dövlətdir, əlaqələrini, münasibətlərini yaxşılaşdırmaq istəyirlər yəqin.”

Yazıçı Həmid Herisçi:

“Mo Yanın mükafat almağı təbiidir. Çin təkcə güclü iqtisadiyyatı olan dövlət deyil axı, həm də böyük mədəniyyət mərkəzidir. Çoxdan məlum idi ki, mükafat Çinə getməlidi. Həm də burda siyasi sifariş var. Bu mükafatda həmişə siyasi sifariş olub. Qərb dünyası istəyirdi ki, Çindəki dissident hərəkatını çalxalasın. Orxan Pamuka da mükafat veriləndə siyasi sifariş var idi. Mo Yanın haqqında yalnız eşitmişəm. Bilirəm ki, belə bir yazıçı var. Yaradıcılığı ilə dərindən maraqlanmamışam. Qərb istəyir ki, Çin dissidentlərini, hüquq müdafiəçilərini qabağa versin. Biz Soljenitsinin nümunəsində gördük ki, ədəbiyyatdan uzaq olan adama Nobel verirlər”.
XS
SM
MD
LG