-
Sentyabrın 29-da həbs olunan «NİDA» Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı oktyabrın 14-də səhər azadlığa çıxıb.
O, AzadlıqRadiosuna qısa müsahibə verib.
«MÜDAFİƏM ÇOX YAXŞI QURULDU... MƏNİ HƏDƏLƏYİRDİLƏR...»
- Zaur, həbsdə olduğun müddətlə bağlı nə deyə bilərsən? Sənə qarşı fiziki, psixoloji təzyiqlər oldumu?
- Tutanda psixoloji təzyiqlər oldu, amma 15 gün ərzində mənə fiziki təzyiqlər olmayıb. İlk günlər, misal üçün, məcbur ediblər ki, birinci məhkəmə instansiyasında onlar deyəni imzalayım, vəkildən imtina edim. Döyməklə, işgəncə ilə, cinayət işi açmaqla, başqa iyrənc şeylərlə hədələyirdilər. Amma konkret heç bir hərəkət olmayıb.
Tutulduğum birinci həftədə intensiv danışıqlar aparılırdı ki, kimlərinsə adlarını açıqlayım. Bilirsiz, məni bukletlərə görə tutmuşdular. Həmin bukletlərlə bağlı bizim Hərəkat üzvlərinin adlarını məndən istəyirdilər.
Heç bir ad vermədim. Bir həftə müddətində mənim müdafiəmi çox yaxşı quruldu, hamıya təşəkkür edirəm. Həm güclü müdafiə olunduğuma görə, həm də gördülər ki, heç kimin adını çəkmirəm ona görə həbsimin ikinci həftəsində məni dindirməyi dayandırdılar. Dedilər apelyasiya şikayəti verməyə də ehtiyac yoxdur, çünki siyasi sifariş belədirsə 15 gün yatmalısan.
- Bukletlərlə bağlı səndən nə soruşurdular?
- Deyirdilər ki, guya onlara məlumat verilib ki, həmin bukletlərdə hökumət əleyhinə açıq çağırış var. Amma baxdılar, dedilər ki, burda qanunsuz elə bir şey yoxdur. Soruşdular ki, ideya kimindir, kim çap edib? Mən də hər şeyi öz üzərimə götürdüm. Çapla bağlı isə dedim ki, həmin adamların adını verməyəcəm. Axıra qədər də heç kimin adını vermədim. Apelyasiya məhkəməsinin qərarında yazılmışdı ki, güya mən polisi söymüşəm və müqavimət göstərmişəm. Mənə dedilər ki, ancaq səni bukletə görə saxlamışıq. Etiraf edirdilər ki, bu gülməli bir maddədir və hər şey bukletlərə görədir. Polisə müqavimətdən və söyüşdən söhbət gedə bilməz və sən 15 gün yatmalısan. Mənə onu da dedilər ki, bukletlərdə hökumət əleyhinə açıq və zorakı çağırış olsaydı sənə cinayət işi açılacaqdı. Belə deyim də: bukletlərin qeyri-formal ekspertizası keçirildi və məlum oldu ki, orda cinayət tərkibi yoxdur.
- Sən saxlanılandan sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yaydı ki, səndə narkotik maddə olması barədə məlumat olub və həmin məlumata uyğun araşdırmalar aparılıb. Bu zaman sən polisə müqavimət göstərmisən və ona görə də saxlanmısan. Ümumiyyətlə narkotik maddə ilə bağlı sənə bir söz deyilibmi?
- Məni evdən çıxanda tutmuşdular və dərhal da evdə axtarış aparmışdılar. 8 nəfər girmişdi evə. Mən onlara dedim ki, əgər narkotik maddə məsələsidirsə, onu evə yox, elə mənim cibimə atın, çünki bu evdə mənim atam-anam yaşayır - belə etməyin. Dedilər ki, bizim axtardığımız başqa şeydir. Əgər atmaq fikirimiz olsa onu elə sənin qabağına qoyub hər şeyi sənə başa sala bilərik. Bildirdilər ki, narkotik söhbəti-filan yoxdur, biz ancaq bukletlərə görə gəlmişik. Məni Müsbət Dəyişiklər Hərəkatının ofisinə gətirdilər və axtarışdan sonra zəng gəldi ki, yalnız Zauru və bukletləri gətirin.
MƏTBUATIN DİQQƏTİ
- Bəs saxlanma şəraiti necə idi?
- Normal idi. 12 günü başqa bir inzibatı həbs alan bir nəfərlə keçirdim. Sonrakı 3 günü tək qaldım. Son günlər oxumağa qəzet tələb etdim, vermədilər. Mənə gələn kitabların da senzuradan keçdiyi aydın olurdu. Başqa yerlərə baxanda mənim saxlandığım yerin əla şəraiti var idi. "Nadzor"lalrın davranışı da normal idi. Mənə dedilər ki, bizə yuxarıdan tapşırılıb ki, biz səninlə xüsusi hörmətlə davranırıq, sən mətbuatın diqqət mərkəzindəsən.
- Səninlə söhbət edənlər kimlər idi, onların arasında tanıdıqların var idimi?
- Yox, öz əməkdaşları idi, mən onları tanımırdım və bir də, onlar mənim saxlandığım yerə gəlmirdilər. Məni onların otaqlarına aparırdıalr. Bundan başqa hüquq müdafiəçiləri və Qırmızı xaçın nümayəndələri gəlmişdilər.
GƏNC FƏAL SENTYABRIN 29-DA TUTULUB
Zaur Qurbanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı.
Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirir ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib.
Bundan sonra Abşeron Rayon Məhkəməsi onun barəsində 15 gün müddətinə inzibati həbs qərarı çıxarıb.
«NİDA» Vətəndaş Hərəkatı yaydıqları bəyanatda Zaur Qurbanlının siyasi fəaliyyətinə görə oğurlandığını bildirmişdi