-
İradə xanım görünür marksist tənqidin şəxsiyyətin dialektik inkişafı ideyasından xilas ola bilməyib.
Bir vacib məqam vardı, onu Tehran Əlişanoğlundan başqa heç kim qeyd etməyib.
Ola bilər, qələmimi saxlaya bilməyib bəzi yerləri artıq yazmışam.
Qardaş, dünya ədəbi-tənqidi məqalələrini aç oxu, gör orda "tərpətmək" adında nəsə varmı?
Seyfəddin müəllimin yazısı qəliz yazı idi.
Yazıçı Qan Turalı "Mustafa" romanının "Oxu zalı"nda keçirilmiş müzakirəsində səslənmiş tənqidlərə münasibətini bildirir.
- Tural, “Mustafa” romanının müzakirəsindən razı qaldınmı? Tənqidçilərin yazıları haqqında ümumi fikrini bilmək istərdim...
- Azərbaycanda ədəbi tənqidin vəziyyəti son dərəcə ağırdır.
Sovet dövrü ədəbiyyat tarixini vərəqləyəndə tez-tez Mərkəzi Komitənin ədəbi tənqid haqda qərarlarına rast gəlmək olar.
O sənədlərdə açıq şəkildə göstərilib ki, ədəbi tənqiddə qohumbazlıq, yerlibazlıq, tayfabazlıq baş alıb gedir.
O dövrdəkilər ideoloji və məzmunsuz tənqid idi. Amma indiki dövrü o dövrlə müqayisə etsək görərik ki, ədəbi tənqid çox geriləyib.
Hətta ədəbi tənqid artıq yoxdur, çoxdan ölüb. AYB-də ədəbi tənqid haqda məruzələr də edirlər, odu söndürüb külüylə oynamaqdır bu.
Ona görə də “Oxu zalı”nın açdığı müzakirələr tənqidin inkişafı, əsərlərin təhlil olunması baxımından təqdirəlayiqdir, buna görə “Oxu zali.az”a təşəkkür edirəm. Tənqidçilərə minnətdarlığımı bildirirəm ki, romanı oxuyublar, fikirlərini bildiriblər.
Amma açıq etiraf edək ki, ədəbi tənqidin romana münasibətini heç bir halda roman üçün zəruri mövcudluq vasitəsi saymıram.
Elə Azərbaycan tənqidinin şedevr kimi qiymətləndirdiyi əsərləri biz zibil qutusunda görmüşük. Əsər yaxşıdırsa, onu heç bir tənqidçi tarixdən silə bilməz.
Tənqidçilərin reaksiyası gözlədiyimdən yaxşı oldu. Mən “Mustafa”nı çap edəndə xeyli narahat idim, amma oxucuların marağı bu narahatlığımı aradan qaldırdı.
Roman ayın ən çox satılan kitabı oldu. Tənqidə gəldikdə isə onu deməliyəm ki, bizdə tənqidçi peşəsi iki istiqamət üzrə inkişaf edir: əsəri göyə qaldırmaq, əsərin boyunu yerə soxmaq.
Amma bu müzakirədə əsərin mahiyyətini açan xeyli yaxşı təhlillər aparıldı, hətta bəzi yazıları oxuyanda özümün də yazı prosesində qeydə almadığım ideyaları gördüm.
- Azərbaycan tənqidinin geriləməsini nə ilə əsaslandıra bilərsən? Bunu ümumi fikir xətrinə deyirsən, yoxsa...
- Azərbaycanda ədəbi jurnallar işləmədiyinə görə, tənqid də axsayır. Hər bir mətbu orqanda tənqidçi ştatı yaradılsaydı və onlara normal qonorar verilsəydi, indi bizim ədəbi tənqid xeyli güclü olardı.
İkincisi, ədəbi proses, ədəbi mühit çox sönük inkişaf edir. Bizim tənqidçilər müəyyən bir dövrdə öz ədəbi nəsillərinin tənqidçisi olublar, sonrakı proseslərdə isə qələmi yerə qoyub susublar.
“Oxu zalı”na yazan tənqidçilərə baxanda açıq-aydın görünür ki, onlar yeni nəslin tənqidçiləridir. Amma sovet dövründə məsələn, Nizami Cəfərovun bəlli bir standartı olub: 60-cılar...
- Romana hansı tənqidçi daha kəskin münasibət bildirib? Və bundan narazı qalmısanmı?
- Yazıların ümumi rakursuna baxanda, İradə Musayevanın yazısı daha sərt idi.
- İradə xanım yazır: Mustafa gecə-gündüz “nəhəng”ləri oxuyur, amma böyümür, artmır. Bu fikri müəllifə də aid etmək olarmı?
- Əslində, mənim istədiyim budur: Mustafa yetkinləşməsin, artmasın; bu romanda yetkinləşmiş obraz yaratmaq istəməmişəm. Romanın düzgün anlaşılması üçün bir vacib məqam vardı, onu Tehran Əlişanoğlundan başqa heç kim qeyd etməyib.
Kitabın titul səhifəsində yazılıb: bir sadəlövhün qeydləri. Qəhrəmanın oxuduqlarının içində itib-batması tamamilə anlaşıqlıdır və iradın nə olduğunu başa düşmürəm.
İradə xanım görünür marksist tənqidin şəxsiyyətin dialektik inkişafı ideyasından xilas ola bilməyib, ona görə də əsər boyunca təkamül axtarır. Bekara əziyyətdir.
- Titul səhifəsində “Bir sadəlövhün qeydləri” yazmağın özünüsığorta deyil ki?
- Yox, qətiyyən. Cəsur adamın obrazını yaratmaq daha asandır. 60-70 - ci illərdən sonra dünya nəsrində daha çox kiçik adamın dünyagörüşünü yazmağa başladılar. Özümüzdən götürək: Süleyman Rəhimovun, Mehdi Hüseynin qəhrəmanları ilə İsi Məlikzadənin, İsa Hüseynovun qəhrəmanları arasında nə qədər fərq var? Mirzə İbrahimovun “Gələcək gün” romanındakı Firudin obrazı necə möhtəşəmdirsə, Anarın Zauru o qədər cılız, həyatda öz yerini tapa bilməyən adamdır.
- İradə xanımın başqa fikrini xatırlatmaq istərdim: “Qan Turalı Mustafadan danışır, Mustafalıqdan və onu yaradan, vicdanlı gəncə nakam, uğursuz tale yaşadan ictimai-siyasi-sosial mühitdən yox...” Bu fikri obraz yarada bilməmək kimi də anlamaq olar...
- Mən qarşıma böyük qəhrəman yaratmaq məqsədi qoysaydım, ictimai çalxalanmaları, real detalları yazardım. Qəhrəman kiçikdirsə, buna ehtiyac yoxdur. Axı, böyük ictimai-siyasi proseslərin buna təsiri yoxdur. Çexov kiçik qəhrəmanların ustasıdır. Onun hansı əsərini oxuyanda bilmək olar ki, bu əsər sovet dövründə yazılıb, yoxsa çar dövründə?
İctimai mühitə gəldikdə isə hər bir tənqidçi bilməlidir ki, şəxsiyyət bütöv sosial məkanda yetişmir, onun sosiallaşması heç bir zaman makro mühitdə baş vermir. Bu mənada mikromühit daxilində şəxsiyyətin yetişməsi daha çox ağlabatan, daha çox elmidir. Romanda da bu mikromühit var: universitet, şəhər və s. İradə xanım yenə də “insan ictimai münasibətlərin məcmusudur” deyən Marksın təsiri altındadır, amma Marksı da düz anlamayıb.
Bu, kiçik qəhrəmanın özünün xarakterindən irəli gələn məsələdir. Söhbət “Mustafa”dan getmir, ümumiyyətlə deyirəm, bizim tənqidçilər bir əsərə yanaşdıqda əvvəllər oxuduğu əsərləri model kimi qəbul edirlər. Bu, düzgün yanaşma sayıla bilməz. Çünki hər bir bədii əsər özlüyündə bədii mətndir və özünün normaları, sistemi var və hansısa cərəyana aiddir. Dostoyevskinin əsərlərinə realizm aspektindən yanaşsaq, o, darmadağın olacaq. Çünki realist əsər deyil. Balzakın əsərlərinə romantizm nöqteyi-nəzərindən yanaşsaq, yenə eyni problem yaranacaq. Hər bir əsərin özünün cərəyanı var. Məsələn, bizdə bəzi axmaq şairlər deyirlər ki, mən heç bir cərəyana aid deyiləm. Bu o deməkdir ki, sən yeni bir cərəyan yaratmısan. Məsələn, Nazim Hikmət yeni cərəyan yaratdığına görə, heç bir cərəyana aid olunmur. Allaha şükür ki, bizdə elə bir dahi yetişməyib ki, təzə cərəyan yaratsın.
- Elnarə Tofiqqızı fikir adamlarının aforizmlərindən maksimum istifadə etməklə səni təqlidçilikdə suçlayır. Yəni Qan Turalı öz yaşının sərhədlərini aşa bilməyib...
- Mustafanın vətəni kitablardır, o, kitab adamıdır. Siyasi fəaliyyəti dövründə də, müəllimlik edəndə də, həbsxanada da kitablarla xoşbəxtlik tapır. Kitab adamı başqa nə haqda danışmalıdır ki? Məsələn, Mahir Qarayevlə söhbət edəndə o deməz ki, axşam yeddi butulka araq içdik, evə güclə gəldim. Bu adam ancaq kitab haqqında danışır da, cümləsinin başlanğıcı da kitabdır, sonu da. Minlərlə adam var ki, danışanda deyir, filankəslə səhərə qədər içmişik. Mənim bədbəxt qəhrəmanım ancaq kitab oxuyur da... Başqa nə haqda danışmalıdır ki? Bizim yaşıdlarımızdan birinin romanını oxumağa başladım, beş səhifədə beş qızı böyrü üstə qoymuşdu. (gülür) Bu adamın qəhrəmanı da bu cürdür də...
Mənim qəhrəmanımın oxuduqları, fikirləri, şərhləri romanın ümumi strukturuna uyğun deyilsə, hə, bunu irad kimi qeyd etmək olar. Elnarə xanımın bir fikri ilə razıyam: yazır ki, müəllif sonuncu bölmədə nəsrə başlayıb, təəssüf ki, onda da essevari sonluqla dərhal əsəri bitirib. Bu da nə ilə bağlıdır? Çünki sonuncu fəsli başqası – Dəniz yazır, ona qədər olan hissələr isə Mustafanın özüylə döyüşü, özünə verdiyi hesabatdır.
- Cavanşir Yusiflinin yazısı haqqında nə düşünürsən? Yazır ki, fikirlər xaotikdir, şüur axını deyil, şüur axını effekti yaradan, bədii məntiqə söykənməyən detal və məlumatlar yığınıdır...
- Cavanşir müəllimin yazısında özümə qarşı sayğı gördüm, halbuki mənim onun haqqında illər əvvəl yazdığım yazı bu sayğıdan məhrum idi. Amma mənim romanımda şüur axını yoxdur və bu haqda düşünməmişəm. O, haqlı irad kimi müəyyən kənara çıxmaları qeyd etmişdi. Ola bilər, qələmimi saxlaya bilməyib bəzi yerləri artıq yazmışam. Məsələn, Dostoyevski ilə bağlı, mütaliə ilə bağlı yerlər var idi, bu, oxucunu yora bilərdi. Mən bundan narahat idim. Amma xeyli adam dedi ki, biz bu kitabdan çox şeylər öyrəndik. Amma burda özümü tənqid edə bilərəm: romanın məqsədi informasiya verməkdimi; yox! Bir də belə səhv etməyəcəm! Esselər kitabı yazıb fikirlərimi rahat bölüşə bilərəm, amma burda da bir problem çıxır: esselər kitabı roman qədər oxunacaqmı, yox!
- Nədənsə, əksər yazılarda bir fikir var: Qan Turalının roman cəhdi... Bu məqamı hiss etdinmi?
- Hiss etmişəm. Bu fikir Elnarə xanımın yazısında daha qabarıq idi. “Mustafa”nı elə bir şedevr hesab etmirəm, məncə, ilin, 3-5 ilin ədəbi hadisəsi kimi dəyərləndirmək olar. Tənqidçilər bunu cəhd kimi qiymətləndirsələr də, fakt budur ki, adamlar bu kitabı oxuyublar, qiymətləndiriblər. Hər halda mən tənqidçilərlə bu mənada polemikaya girmək istəmirəm, tənqidçi də mənim üçün oxucudur.
- Elnarə Akimovanın yazısından: Maraqlı detallara rəğmən, əsər roman səviyyəsində gerçəkləşmir...
- Elnarə Akimovanın yazısında xeyli müsbət fikirlər vardı, amma icazə verin soruşum: Roman səviyyəsi nə deməkdir? Bu roman deyilsə, bəs nədir? Ola bilsin, möhtəşəm roman deyil, amma bir gəncin yaşadıqları, həyatı var burda. Bu əsəri gündəlik-roman janrının xüsusiyyətlərinə uyğun təhlil etmək lazımdır.
- Elnarə Akimova yazır ki, Mustafanın kədəri və tənhalığı bu qədər dərin imişsə, bəs niyə əsər boyu bizi tərpətmədi?
- Ədəbi tənqidin kateqoriyaları, anlayışlar sistemi var, bu mənada o sistemə daxil olmayan anlayışlar haqda danışmağa çətinlik çəkirəm. Qardaş, dünya ədəbi-tənqidi məqalələrini aç oxu, gör orda tərpətmək adında nəsə varmı?
- Tehran Əlişanoğlu deyir, hələ ki, Qan Turalının öz orijinal ideyası yoxdur..
- Tehran müəllimin yazısı daha çox xoşuma gəldi. Romanın mövzusu fəlsəfi olduğu üçün bu məsələyə fəlsəfi tərəfdən yanaşmaq lazımdır. Tehran Əlişanoğlu yeganə adamdır ki, bu məqamı düzgün qiymətləndirə bilib. Janr, üslub xüsusiyyətlərini nəzərə almışdı. “Gənc Verterin iztirabları” ilə mənəvi bağlılığı hiss etmişdi.
- Seyfəddin Hüseynlinin yazısı haqqında nə fikirləşirsən?
- Seyfəddin müəllimin yazısı qəliz yazı idi. Çox adam mənə dedi ki, başa düşmədik nə demək istəyib. Seyfəddin Hüseynlinin yazısındakı intertekstuallıq məsələsi düzgün qoyulub. Əsərə bu nəzərlə yanaşdıqda, pastişlər naşı təsiri bağışlayır. Amma bu ilk baxışdan belədir. Romanı təhlil edəndə Seyfəddin bəy romanı modernizmlə postmodernizmin arasında təhlil edir. Mən qarşıma məqsəd qoymamışam ki, postmodernist əsər yazım. Mən həyatda da xaotik adamam, yazanda da xaotik yazıram. Tənqidçi kimi desəm, bu əsəri modernist əsər kimi qiymətləndirirəm.
- Seyfəddin Hüseynli yazır ki, Mustafada müəllifin ölümünə daha çox postmodern cəhdlər var...
- Seyfəddin bəyin yazısında razılaşdığım məqam “qaynaqlardan gələn simpatiyanın ironik yanaşmanı, parodiyanı əzməsi” ilə bağlıdır. Əslində, bu, Mustafanın faciəsidir. Romanın son cümləsi əsərin mənim fikrimcə ən yaxşı cümləsidir: çay belə söhbətləri çox eşitmişdi... Bu, ümumilikdə romanın özünə vurulan bir damğadır. Əkrəmin faciəsi Mustafanın faciəsindən seçilməyəcək. Əsərdə Əkrəm Əylisli ilə bağlı məsələni yazan, düzgün qiymətləndirən bircə Seyfəddin Hüseynli olmuşdu. Əkrəm Əylislinin əsərlərində əyalətdən paytaxta gələn adamların həyatı daha çox təsvir edilib və bu məhz həmin məqamla bağlıdır.