#2010 Aksiyada daha 2 shexs saxlanilib, onlardan biri AXCP Sumqayit teshkilatindan Elshad Abdullayevdir
— Maarif Chingizoglu (@Chingizoqlu) 20.10.2012
#2010 tutulanlardan biri Elshad Abdullayevdi Sumqayitdan
— Maarif Chingizoglu (@Chingizoqlu) 20.10.2012
Azərbaycan Xalq Cəbhəsi Partiyasının 3 fəalı saxlanıb. Bu haqda partiyadan AzadlıqRadiosuna məlumat verilib.
Oktyabrın 20-də saat 13-də «Azadlıq» qəzetinin direktoru Faiq Əmirlinin evinə Səbail rayon Polis İdarəsinin əməkdaşları gəlib.
Onlar Gülnarə adlı xanımın Faiq Əmirlidən şikayətçi olduğunu bildiriblər və onu idarəyə aparmalı olduqlarını bildiriblər.
Ancaq qəzet direktoru evdə olmadığından bu mümkün olmayıb. Məlumatı Faiq Əmirlidən almışıq.
Müsavat Partiyası yaxınlığında 50-dək fəal saxlanaraq polisə aparılıb.
Özünü təqdim etməyən polis əməkdaşı onları Binəqədi rayon Polis İdarəsinin 15 saylı bölməsinə apardıqlarını deyib.
Əməkdaşımız xəbər verir ki, İctimai Palatanın rəhbərləri Müsavatın qərargahında oturublar.
Polis binaya girmək istəsə də, hüquq müdafiəçisi Novella Cəfəroğlu buna imkan verməyib.
Müxbirimiz deyir ki, polis jurnalistlərin çəkiliş aparmasına imkan vermir.