AXCP-nin sədr müavinləri Gözəl Bayramlı və Asəf Quliyev saxlanıb. Məlumatı AzadlıqRadiosuna AXCP-dən veriblər. Saxlananlardan üçü isə partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, Qadınlar Təşkilatının üzvləri Kəmalə Bənənyarlı və Nüşabə Atakişiyevadır. Məlumatda deyilir ki, partiyadan saxlananların sayı 30 nəfərə yaxındır.
AzadlıqRadiosunun əməkdaşı Maarif Çingizoğlu xəbər verir ki, bir qrup gənc «McDonlads»ın qarşısından «İstefa», «Parlament istefa versin» şüarları səsləndirərək yürüş ediblər.
Amma polis onları dağıdıb. «Polis Kəmalə Bənənyarlını sürüyə-sürüyə apardı. Bundan başqa, uşaqlı bir qadın «İstefa, belə parlament lazım deyil» şüarları səsləndirərkən saxlanıb. Amma az sonra buraxılıb.
Aksiya iştirakçıları ara-sıra «İstefa» şüarları səsləndirməklə etirazlarını bildirirlər. Müxbirimiz xəbər verir ki, ərazidə gərginlik davam edir.
#2010 konstutisiya mehkemedinin qarshisi qadin akdiyschilarin saxlandiqi avtobus http://t.co/aQjvnHST
— Maarif Chingizoglu (@Chingizoqlu) 20.10.2012
#2010 polisler telimatlsndirilir http://t.co/Ua0DlF7c
— Maarif Chingizoglu (@Chingizoqlu) 20.10.2012
AXCP-dən verilən məlumata görə, 26 nəfər saxlanıb. Saxlananlar arasında sədr Əli Kərimlinin müşaviri Şakir Abbasov və mühafizəçisi Bəhruz Həsənov, eləcə də Elnur Abdullayev, Hikmət Əliyev, Kamran Şanatürk, Natəvan Səlimzadə, Zərifə Mehtəddinova da var.