ABŞ-ın Azərbaycandakı səfiri Riсhard Morningstar «Turan» agentliyinə müsahibə verib.
Agentliyin «Gələn il Azərbaycanda prezident seçkisi keçiriləcək. ABŞ İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi niyyətini necə qiymətləndirir» sualını Richard Morningstar belə cavablandırıb:
«Mövzunun İlham Əliyevin üçüncü dəfə namizəd irəli sürülüb-sürülməyəcəyi məsələsi olduğunu düşünmürəm. Əsas mövzu seçkilərin demokratik olub-olmayacağıdır. Hakimiyyətə beynəlxalq öhdəliklərini yerinə yetirməsində dəstək məqsədilə onunla əməkdaşlıq edəcəyik. Biz həmçinin dərk edirik ki, demokratiya təkcə seçkilər günü demək deyil. Demokratiya azad və fəal vətəndaş cəmiyyəti, açıq və şəffaf institutlar deməkdir.
KİV və ifadə azadlığı olmadan ədalətli seçki təsəvvür etmək mümkün deyil. Başa düşürük ki, bütün bu şərtlərə riayət etməklə seçkilərin ədalətliliyini təmin etmək olar və bunu hökumətə açıq-aşkar söyləyirik. İnanmaq istərdik ki, hakimiyyətin demokratiya və plüralizmə sadiqlik təminatları yerinə yetiriləcək».