Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:15

20 oktyabr aksiyasının iştirakçıları azadlığa çıxır


20 oktyabrda həbs olunanlardan bəziləri azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

20 oktyabrda həbs olunanlardan bəziləri azadlıqda

-
20 oktyabr aksiyasında həbs edilən Müsavat üzvləri Elşad Budaqov, Şahin Mirzəli, AXCP sədrinin müşaviri Şakir Abbasov, «N!DA» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər, «Azad Gənclik» təşkilatının sədri Ülvi Həsənli və AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov sərbəst buraxılıb.

Oktyabrın 20-də bir qrup müxalifyönlü gənc və siyasi fəal paytaxtın Fəvvarələr Meydanında «Parlament buraxılsın!» şüarı ilə razılaşdırılmamış etiraz aksiyası keçirib.

Aksiyaya səbəb Yeni Azərbaycan Partiyasının üzvü Gülər Əhmədovanın deputat seçilmək üçün sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istədiyi deyilən video olub.

Müxalifətin fikrincə, rüşvətlə formalaşan parlament buraxılmalı və yeni seçkilər keçirilməlidir.

Ümumilikdə, 20 oktyabr aksiyası zamanı 13 nəfər barəsində 7-10 sutka həbs qərarı çıxarılıb.
XS
SM
MD
LG