Noyabrın 2-si Milli Məclisin plenar iclasında «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, həmçinin İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər qəbul olunub.
105 deputat icazəsiz aksiyalara görə cərimələrin artırılması layihəsinin lehinə, 5 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.
Dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub).