-
Bunu noyabrın 5-də Bakıda keçirilən beynəlxalq konfransda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic bildirib.
Konfransın təşkilatçıları – «Expression Online Initiative», Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), İnsan Haqları Klubu və Media Mərkəzi olub.
«İNTERNET VİRTUAL MƏKAN DEYİL»
D.Mijatovic bildirdi ki, bəzi dövlətlər internetin filtrasiyasını, ictimai maraqların, milli təhlükəsizliyin qorunması, terrorizmə qarşı mübarizə məqsədilə saytların bloklanmasını həyata keçirir:
«Ancaq çox vaxt bu tədbirlərdən tənqidi səslərin boğulması üçün istifadə olunur. İnternet virtual məkan deyil. Bu, həyatımızın mühüm hissəsidir. Ona görə də, insan hüquq və azadlığını offline və online rejimə bölmək olmaz».
D.Mijatovic dedi ki, hökumətlərin saytları blok etmək cəhdləri uğursuzluqla nəticələnib:
«Təcrübə göstərir ki, heç bir məhdudiyyət adamların azadlıq istəyinin qarşısını ala bilmir».
Azərbaycandakı ifadə azadlığının vəziyyəti haqqında isə D.Mijatovic bildirdi ki, hökumətin açıq qapı siyasətini alqışlayır. O, Eynulla Fətullayevin, Bəxtiyar Hacıyevin, Emin Millinin, Adnan Hacızadənin, Cabbar Savalanın, Zaur Qurbanlının azad olunduğunu, bu işin davam etdirilməli olduğunu bildirib.
D.Mijatovic jurnalistlərin təqib edilməsinin, həbsinin, döyülməsinin və digər təzyiq formalarının yolverilməz olduğunu vurğuladı.
«İNTERNET QİSMƏN AZADDIR»
RATİ-nin direktoru Emin Hüseynov isə dedi ki, hökumət mövcud problemləri inkar edərək internetin azad olduğunu bildirir:
«Vətəndaş cəmiyyətinin fəalları hesab edirlər ki, Azərbaycanda internet qismən azaddır, ölkədə isə internet-dissidentlər var. Jurnalistlər, hüquq müdafiəçiləri, bloqqerlər onlayn ifadəyə görə həbs olunurlar».
Beynəlxalq hüquq müdafiə təşkilatı «Freedom House»un nümayəndəsi Courtney Radsch isə avtoritar dövlətlərdə internetin məhdudlaşdırılması təcrübəsindən danışdı:
«Yaxın Şərq və Şimali Afrika ölkələrinin təcrübəsi göstərdi ki, filtrasiya xalq etirazlarının qarşısının alınmasına zəmanət vermir».
C.Radsch Azərbaycandakı vəziyyət haqqında danışarkən texniki inkişafın, internetin sürətinin zəif olduğunu bildirdi:
«Regionlarda adamlar «Youtube»a baxa bilmir. Bu, alternativ informasiyanın yayılmasının qarşısının alınması üçün edilir».
«İnsan haqları və internet azadlığını bir-birindən ayrı təsəvvür etmək olmaz».