-
Bu gün Almaniyada Berlin divarının yıxılmasının 23-cü ildönümü qeyd olunur. Bu divar soyuq müharibənin və Avropanın ideoloji cəhətdən kommunist Şərq ilə kapitalist Qərbə bölünməsinin rəmzi idi.
Bu gün Berlin divarı abidəsinin qarşısında tədbir keçiriləcək.
Berlin divarı 1961-ci ildə salınmışdı. Həmin vaxt gənclər və mütəxəssislər Şərqi Almaniyadan Qərbi Almaniyaya kütləvi axın edirmiş. Bunun qarşısını almaq üçün beton konstruksiyalardan divar tikilmişdi.