Daşkənd şəhər məhkəməsi noyabrın 9-da Rusiyanın MTS mobil rabitə operatorunun müsadirə olunan əmlakının özünə qaytarılması barədə qərar çıxarıb. Qərara görə MTS vergi ödəmələrində pozuntulara görə 600 milyon dollar miqdarında kompensasiya verməlidir.
Bu ilin sentyabrında Özbəkistan məhkəməsi MTS şirkətinin 3 yerli əməkdaşının şərti azadlıqdan məhrum edilməsi və əmlakının müsadirə olunması barədə qərar çıxarmışdı. Şirkət bu qərarla razılaşmırdı.
Keçən həftə isə Moskvada müstəntiqlər Özbəkistan prezidenti Gulnara Karimovaya məxsus olan 10 milyon dollar dəyərində evə həbs qoyublar. Prokurorlar hansısa cinayət işçinin istintaqına görə bu qərarı verdiklərini bildiriblər.
Bunun ardınca da Özbəkistan məhkəməsi noyabrın 9-da Rusiyanın MTS şirkətinin əmlakının özünə qaytarılması barədə qərar verir.