-
Suriya müxalifəti Bashar Assad-ı devirmək üçün birləşmək haqda razılığa gəlib. Qətərin paytaxtı Dohada keçirilən danışıqlardan sonra bu haqda məlumat verilib. Yeni koalisiyanın rəhbəri Dəməşqdəki Ummayyad məscidinin keçmiş imamı Mouaz al-Khatib, müavinləri liberal din xadimi Riad Seif və qadın fəal Suhair al-Attasi-dir.
1960-cı ildə Dəməşqdə doğulan Mouaz al-Khatib Assad hakimiyyətinə qarşı müxalifətin əsas simalarından sayılır. Mouaz al-Khatib 2011 və 2012-ci ildə bir neçə dəfə həbs olunandan sonra buraxılmışdı. O, iyul ayında Misirin paytaxtı Qahirəyə qaçıb.
Suriyadakı «Müsəlman Qardaşları»nın keçmiş lideri Ali Sadreddine al-Bayaouni də Dohadakı danışıqlarda iştirak edib:
«Belə bir ümumi razılıq oldu ki, rejimlə heç bir danışıqlara gedilməyəcək».
Türkiyənin Xarici İşlər naziri Ahmet Davudoğlu da Dohadakı danışıqların bir hissəsində iştirak edib:
«Bu razılaşma o deməkdir ki, Suriya müxalifət artıq birləşib».
KEÇİD HÖKUMƏTİ YARADILIR
Suriya müxalifətinin yeni koalisiyasının adı belə olacaq - Müxalif və İnqilabi Qüvvələr üçün Koalisiya. Bundan əvvəl yeni koalisiyanın yaradılması üçün xaricdən Suriya müxalifətinə təzyiqlər edilirdi. Qərb Suriya Milli Şurasını ölkə müxalifətini birləşdirə bilməməkdə ittiham edirdi.
Suriya Milli Şurası da tərəddüdlərdən sonra yeni qrupa daxil olub. Belə bir çətir altında birləşəndən sonra Suriya müxalifəti ümid edir ki, Qərbdən və ərəb ölkələrindən daha böyük dəstək alacaq.
ABŞ administrasiyası Suriya müxalifətinin yeni milli koalisiya yaratmasını alqışlayıb. ABŞ Dövlət katibinin müavini Mark Toner deyib ki, Vaşinqton milli koalisiyanı dəstəkləyəcək.
Şərhçilər hesab edir ki, Ərəb Dövlətləri Liqası da yeni qrupa dövlətlərarası səviyyədə Suriyanı təmsil etməyə şərait yaradacaq.
Dohadakı danışıqlar zamanı bildirilib ki, yaxın həftələr ərzində 10 üzvdən ibarət Keçid Hökuməti formalaşdırılacaq. Bu qurum Liviyadakı inqilab zamanı yaradılan və Qaddaf-i devriləndən sonra hakimiyyəti ələ alan Müvəqqəti Milli Şuraya bənzər bir qurum olacaq.
MÜHARİBƏ BÖYÜYÜR
Bu arada İsrailin Müdafiə naziri Ehud Barak deyib ki, Suriya tərəfdən İsrailə yenə atəş açılsa, Suriyaya daha sərt cavab veriləcək. Ötən həftə Holan yüksəklikləri Suriyadan minomyot atəşinə məruz qalıb. İsrail də cavab atəşi açıb.
İsrail 1962-ci ildə Holan yüksəkliklərini ələ keçirərək onu öz ərazisi elan edib. İki ölkə o vaxtdan müharibə vəziyyətindədir.
Noyabrın 12-si səhər isə Suriyanın hərbi təyyarələri Türkiyə ilə sərhəddəki Rasulayn yaşayış məntəqəsini bombalayıb.
Bombalanma nəticəsində Şanlıurfa vilayətində üç Türkiyə vətəndaşı yaralanıb. Onlardan biri hərbçidir. Ceylanpınar qəsəbəsində bəzi evlərin, dövlət binalarının şüşələri sınıb. Türkiyə hərbi təyyarələri sərhəddə kəşfiyyat uçuşlarına başlayıb.
NATO-nun Baş katibi Anders Rasmussen deyib ki, alyans Türkiyəni qorumaq üçün nə lazımdırsa, edəcək:
«Bunun üçün planlarımız var».
Rasmussen Suriya müxalifətinin birləşməsini əhəmiyyətli addım kimi qiymətləndirib.