.
AZƏRBAYCANDA "ƏN QORXULU" RAYON HARA OLUB?
Azərbaycanın ən təhlükəsiz rayonu Ordubaddır. Ortastatistik cinayətkarın ən çox fəallıq göstərdiyi rayon isə Bakının səbayıl rayonudur.
Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinin yerləşdiyi bu rayonda əhalinin hər 1 000 nəfərinə 7.8 cinayət qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən apardığımız bu hesablamalar 2010-cu ilin statsitkasini ifadə edir. Bu da ölkədə ən yüksək göstəricidir.
Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərinə görə Bakıda mühüm dövlət orqanlarının, o cümlədən Prezident Administrasiyası, Daxili İşlər Nazirliyinin də yerləşdiyi Səbail rayonu ölkə üzrə cinayətkarlığın ən yüksək olduğu rayondur.
Komitənin rəsmi məlumatına görə 2010-cu ildə bu rayonda irili-xırdalı 734 cinayət hadisəsi qeydə alınıb. Rayon əhalisinin sayı isə 93 100 nəfərdir. Bu hesabla Bakıda Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinin ətrafında hər 1 000 nəfərə 7.8 cinayət hadisəsi baş verib.
2010-cu ildə Azərbaycanda hər 1 000 nəfərə düşən cinayətlərin sayı rayonlar üzrə aşağıdakı kimidir: (Əhali sayı 2011-ci ilin rəqəmləri əsasında hesablanıb.)
İşğal altında olan rayonların statistikasında yayğınlıqları nəzərə alanda, işğala məruz qalmamış rayonların içərisində ən az cinayətkarlıq isə Naxçıvanın Culfa rayonun payına düşür. 10640 nəfər əhalisi olan bu rayonda 2010-cu ildə cəmi 2 cinayət qeydə alınıb. Beləliklə, Culfada əhalinin hər 100 nəfərinə düşən cinayətlərin sayı 0.018 olub.
Azərbaycanda mediasında geniş yayılmış iddialara görə ölkədə baş verən cinayətlərin bir çoxu rəsmi qeydiyyata alınmır, sadəcə hüquq-mühafizə orqanı əməkdaşları ilə tərəflər arasında hansısa sövdələşmələr yolu ilə barışıq əldə edilir. Bu məntiqlə, Bakının mərkəzində, mühüm dövlət orqanlarının yerləşdiyi Səbail rayonunda cinayətlərin bu qədər çox olması məntiqlə sadəcə cinayətlərin daha çox qeydə alınması kimi izah edilə bilər.
OĞURLUQ "ƏN DƏBDƏ OLAN" CİNAYƏT NÖVÜ İMİŞ
Azərbaycanda "dəbdə olan", ən çox rast gəlinən cinayət növü isə oğurluq imiş. Dövlət Statistika Komitəsinin 1993-cü ildən 2011-ci ilə qədərki dövrü əhatə edən rəsmi məlumatında hər il oğurluq başqa cinayətlərdən daha çox qeydə alınıb. 2011-ci ilə aid olan sonuncu rəqəmlərə görə Azərbaycanda 5 019 oğurluq törədilib.
Ondan sonrakı yerlərdə 2 650 hadisə ilə narkotik maddələrlə bağlı cinayətlər, üçüncü yerdə isə 1 936 hadisə ilə yol hərəkəti qaydalarının posulması gəlir.
Ən az qeydə alınmış cinayət isə zorlama və zorlamaya cəhd olub.
Cinayətlər reytinqi aşağıdakı kimi olub:

Cinayət növləri | 2011 -ci il |
oğurluq | 5 019 |
narkotik maddələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı | 2 650 |
yol hərəkətinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması | 1 936 |
dələduzluq | 1 588 |
xuliqanlıq | 1 322 |
soyğunçuluq | 306 |
qəsdən sağlamlığa ağır zərər vurma | 323 |
qəsdən adam öldürmə | 193 |
quldurluq | 153 |
zorlama və zorlamaya edilən cəhd | 28 |
Ölkədə ən çox cinayətkarlığın paytaxt Bakının mərkəzində, vacib dövlət orqanlarının yerləşdiyi kiçik Səbail rayonunda qeydə alınması barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatı ilə razısanmı? Orada cinayətlər daha çox törədilir, yoxsa, sadəcə olaraq hər şeyi qeydə alırlar? Fikirlərini göndər, aşağıdakı foruma sən də qoşul.