-
Əsərin əsas uğuru avtobioqrafiq cizgilərlə qəhrəmanın düşüncələrinin birləşməsi və vahid bir idealın ifadəsinə yönəlik olmasıdır.
Güney Azərbaycanın həyatı, oradakı ictimai-siyasi vəziyyət, rejimin insanlara çəkdirdiyi məşəqqətlər romanda təsirli boyalarla təsvir olunur.
Bu məqam - fars zülmünün ifşası əsərdə iki müstəvidə - müxtəlif talelərin tragizmi fonunda təsvir ediməklə gerçəkləşir.
Tənqidçi Elnarə Akimova bu məqaləsi ilə yazıçı Sayman Aruzun "Yüz il inqilab" romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.
Elnarə Akimova
DUMANLI YÜZ İL
Cənubi Azərbaycanın tarixi taleyinə həsr olunmuş əsərlər milli nəsrimizdə işlənmiş, özü də kifayət qədər bədiilik meyarlarına cavab verəcək səviyyədə ədəbi hadisə sayılmışlar.
M.S.Ordubadinin, M.İbrahimovun əsərlərində Güney Azərbaycandakı milli azadlıq hərəkatının tarixi və idealları parlaq əksini tapmışdır.
Təsadüfi deyil ki, “Dumanlı Təbriz”in hüdudlarına sığmayan sərkərdə Sərdarı-milli obrazı tarixdən görünən Səttar xandan daha qüdrətli səciyyə daşımışdır.
Bu, Güney Azərbaycanımızın gerçəkləridir; ki, milli nəsrin daim düşüncə mərkəzində olmuş, zaman-zaman yalnız o tayın deyil, eyni ağrı və həssaslıqla Guzey Azərbaycan ədəbiyyatının qan verən yaralarından biri kimi bədii təcəssümün predmetini təşkil etmişdir.
Və indi, Cənub mühitinə, ordakı hadisələrə bizdən bir köynək daha yaxın olan yazıçının - Sayman Aruzun “Yüz il inqilab” romanını oxuyarkən milli nəsrimizin yüz il əvvəl bundan əvvəlki ayıqlığına heyrətlənməyə bilmədim – biz uzaqdan belə oradakı ağrılara necə bələd və həssas ola bilmişik, Cənub mühitini yaxşı tanımağa, soydaşlarımızın ağrısını canımızdan keçirməyə müvəffəq olmuşuq.
“Yüz il inqilab” əsərini bir tale romanı da adlandırmaq mümkündür. Sayman Aruzun doğulduğu məkan, formalaşdığı mühit ona bu mövzunun səciyyə və keyfiyyətlərini yaxından duyub anlamağa, eləcə də bədii sözün təcəssümünə çevirməyə vəsilə olur.
“Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının kor-koranə formasıdır. Həmişə də millətin könlüncə olmur. Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın inqilabını xalqdan alıb onun öz başına çaldılar. Bunun səbəblərini sənin kimi uşaqlar böyüyüb araşdırmalıdırlar.”
Budur, o uşaq artıq böyüyüb və keçmişindən, yaşantılarından qurulan yaddaş hasarı önündə dayanıb tarixin qatlarını qaldırmağa daha bir cəhddə bulunur.
Əsərin adı belə simvolik məna kəsb edir: “Yüz il inqilab”. Bu elə həmin inqilabdır ki, bütün məzmunu, xarakter və görkəmi ilə dəyişməz və nəticəsiz qalıb.
Doğrudan da, axı nə dəyişib? Mövzunun sələflərindən olan M.S.Ordubadinin “Dumanlı Təbriz” romanının üstündən kifayət qədər, düz yüz il vaxt keçib və gənc nəsil hələ də əsərlərində “qanlı sənələr”in əzablarını yaşayır, eyni ağrı və həssaslıqla fars istibdadına lənət oxumaqda davam edirlər.
“Biz güllə səsinə ana laylayı kimi adət eləmişdik” - tək bu cümlə ilə roman daşlaşmış, davam edən zülmün miqyasını sərgiləyir və heç nəyin dəyişmədiyini bəlli edir.
Yüz ildir Güney Azərbaycanda azadlıq uğrunda, şah istibdadına, fars rejiminə, dini xürafata qarşı mübarizə aparılır, inqilablar edilir. Rejim bütün bu cəhdləri, üsyanları boğur, mücadiləçilər amansızlıqla qətlə yetirilir. Bütün ümidlər puça dönür, boşluğa dirənir, amma elə bu dirəniş məqamından da yeni ümidlər pöhrələnir, boy verir.
Sayman Aruzun “Yüz il inqilab” romanında qabaran bir çox çalarlar- ictimai gerilik və sosial şüur problemləri, inqilabların mayasında dayanan milli istiqlal və milli kimlik məsələləri də bir hədəf, bədii düşüncə predmeti olaraq bu məqamları incələməyi təqib qılır. Bir sevgi dramının xətti ilə...
“Deyirlər, insan günah elədikcə məhəbbət deyilən bir həqiqətdən uzaqlaşır, artıq sevə bilmir. Mən günahkar adam idim. Çoxdan idi ki, kimsəni sevə bilməmişdim. Uşaqlıqda keçirtdiyin hisslər sənin kökünü yaradır. Sənə yön verir. Bütün insanlarsa bir gün öz köklərinə qayıdırlar.”
Uşaqlıqları bir yerdə, bir məhlədə keçən Seyid və Raziyə illər sonra məhbəsdə qarşılaşırlar. Daxilən azad və məğrur olan Raziyə elə xalqının azadlığı üçün etdiyi mücadilə nədənindən zindana salınır və Seyid məhbəs məmuru işlədiyindən Raziyənin dindirilməsini, işgəncələrə məruz qalmasını, etmədiyi günahın etirafında bulunmasını ona həvalə edirlər.
Seyid öz keçmişi, sevgisi ilə amansız zindan qanunları önündə seçim etmək zorunda qalır. Dünəni və bu günü arasında qalan qəhrəmanın iç yaşamı, daxilindəki mənəvi-ruhsal çevrilmə psixoloji nüans səhihliyi ilə əsərə gətirilir.
Onun içinə gömülən keçmişi bir nəfəslə dirilir, cana gəlir. Bütün olaylar, geridönümlər qəhrəmanın təfəkküründə məhz, bu nöqtədə inikas olunur. Raziyə ilə görüş, onun iti və düşüncəli cavabları Seyidin içindəki insanı, insanlığı tərpədir, hərəkətə gətirir. “Raziyə məndə çox şeyləri dəyişirdi. Hərdən unudulmuş sevginin közü yaşadığın sevgilərin alovundan daha betər olur. Qəfildən hansısa bir külək əsir və sən odlanırsan. Bütün vücudunla yanmağa başlayırsan...”
Müəllif şəxsi sevgi və azadlıq eşqi uğrunda savaş motivləri ilə sosial-siyasi mənafeləri toqquşdurmaqla gərgin süjetli əsər yaratmış, eyni zamanda Cənubi Azərbaycandakı durum, mənəvi-sosial şəraitlə bağlı görüntüləri əyani olaraq canlandırmağa müvəffəq olmuşdur.
Güney Azərbaycanın həyatı, oradakı ictimai-siyasi vəziyyət, rejimin insanlara çəkdirdiyi məşəqqətlər romanda təsirli boyalarla təsvir olunur. Bu məqam - fars zülmünün ifşası əsərdə iki müstəvidə - müxtəlif talelərin tragizmi fonunda təsvir ediməklə gerçəkləşir.
Bir tərəfdə qəhrəmanın uşaqlıq xatirələri dayanır, onun yaddaşında iz salan taleyüklü məqamlar kino lenti kimi göz önündə canlandırılır:
Sulduzda orta məktəbdən evə qayıdan azərbaycanlı qızların kürdlər tərəfindən qaçırılması və təhqir olunması, bu əsnada qızların məhv olmuş taleləri, onları xilas etməyə yollanan yaxınlarının xüsusi amansızlıqla qətlə yetirilməsi, on altı yaşlı Rzanın fəci taleyi, Şahinin ailəsinə yaşadılan müsibətlər, anasının öz atasının gözü qabağında dörd kürd tərəfindən zorlanması, kürd millətçisi Həjirin hekayəti, nakam Papır sevgisi, cinayətkar hakim Xalxalinin “kişmiş oyunu” və s., və i.; digər tərəfdə rejimin neqativləri məhbəs qanunları çərçivəsində sərgilənir: zindana salınan Raziyəyə işgəncələr verilir, döyülür, dırnaqları çıxarılır, öz əli ilə özünə qəbir qazdırılır, bakirə olduğu üçün guya cənnətə düşməsini əngəlləmək nədənindən bir gecəlik siğə edilir, edam olunandan sonra şadyanalıq edib şirni paylanılır.
Bütün bu hekayətlər sırası əsərdə məntiqi olaraq, öz məna və mahiyyəti ilə süjet xəttinə bağlanır və əsas fonda qəhrəmanın-Seyidin hisslərinin, duyğu və düşüncələrinin çarpışmasını təsvir etməyə hesablanır.
Əsərdəki hadisələr daxilən yaşanmış, predmetli, təsirli nəsrin nümunəsidir. Müəllif Cənubi Azərbaycanın həyatını, real gerçəklərini eyni dərəcədə realist, dramatik, obrazlı miniatürlərlə nəsrə gətirir. Bu gerçəklər, nəql olunan əhvalatlar silsiləsi, süjet xətti, əsərin kompozisiyası Seyidin düşüncələri ilə bağlanır.
Həmin fon əsasında müəllifin təsvir etdiyi dövrün xarakterik cizgiləri, ictimai-siyasi şəraiti, onun insan psixolojisində yaratdığı təbəddülatlar təhkiyənin aparıcı xəttinə çevrilir.
Bu kontekstdə yazışının məqsədi realizəsini tapır da. Belə ki, müəllif əsərdə təsvir elədiyi dövrün istimai-tarixi mənzərəsini real boyalarla canlandırmaqla yanaşı, obrazın mənəvi-ruhsal inkişafını cəmiyyət hadisələri ilə dolğun əlaqələndirə bilmişdir.

Burada biz yalnız roman qəhrəmanı Seyidin deyil, həmçinin həmin hadisələrin canlı müşahidəçisi olan müəllifin yanaşması fonunda Cənubdakı durumun və şəraitin fəci mündəricəsinə vara bilirik.
Əlbəttə, romanda çoxyönlü konfliktlər, yaxud mürəkkəb hadisələr sırası yoxdur. Burada hadisə-süjet planında nəzərdə tutulan əsas məsələ ortaq keçmişləri olan iki şəxsin yaşantıları, taleləri fonunda İranın yarıtmaz qanunlarını sərgiləməkdir. (ardı aşağıda)
(İranda - Təbrizdəki stadionda azərbaycanlılar siyasi məhbusların azadlığı və öz dillərində məktəb tələbi ilə şüar səsləndirirlər).
Müxtəlif hadisələri, obraz və detalları, habelə şərti-rəmzi planda eyhamları sərgiləyən əsər ( məsələn, uğursuzluğun simvolu olan Papır sevgisi, qılafla örtülmüş Eynulla Qirxkot təhlükəsi və s.) fars zülmünə qarşı öz gücü və gücsüzlüyü, milli düşüncə arsenalı ilə mücadiləyə qalxır.
Bəs eyni ağrını bütünlükdə qəhrəmanın yaşamında, onun psixologiyasının dərin təcəssümündə axtarsaq necə? Seyidin etirafları, xatirələri, dünənə dönüşü əsərdən bir xətt kimi keçir. Bu xatirələrin timsalında biz qəhrəmanın içi və keçmiş dünyası ilə bağlı təfərrüatlara vara bilirik.
Amma qəhrəmanın milli idealla, azadlıq eşqi ilə bağlı düşüncələri, təsvirləri bəsit, demək olar ki, illüstrasiya səciyyəsi daşıyır. Yəni, yalnız onunla məhdudlaşır ki, qəhrəman bütün əsər boyu nəql etdiyi fəci talelər sırasında fürsət düşən kimi həm də inqilabın fəlsəfəsini sərgiləyir.
Bu fəlsəfə Seyidin öz həyat praktikasında nə qədər funksionaldır? Burada bir qədər duruxuruq. Çünki böyük mənada azadlığa aşinalıq hissi qəhrəmana yaddır və öz haqqını, səsini bir zindan divarları arasında susduracaq, boğacaq qədər zəifdir.
Milli heysiyyat, milli kimlik kimi düşüncələr Seyidin yaşam stixiyasına daxil deyil. ”Ömür boyu gədəlik eləmişəm, bilirəm. Ömür boyu vicdansızlıq eləmişəm, bilirəm”- bu sözlər əsər qəhrəmanının etirafıdır. Təsadüfi deyil ki, ilk dəfə zindanda Raziyənin dilindən eşitdiyi “milli kimlik” anlayışı Seyidi sanki ayıldır: “Bilirdim, nədən danışır. Çox rast gəlmişdim Raziyə kiminlərinə. Amma doğrusu, bura qədər mənə “milli kimlik” deyilən şey lazım olmamışdı.“
Seyidin bir fərd olaraq azadlığa təşnəliyi Raziyə ilə görüşdən, bəlkə də elə bu sözün ehtiva elədiyi mənaya varmasından sonra başlayır. Seyid Raziyənin timsalında azadlığı görə bilir, tamını, ətrini, rəngini duyur və artıq nəyin naminə mübarizə etdiyini və hətta öldüyünü anlayır: “Vətən” və “Vətəndaş” kəlmələrinə məna verən insandı.” Bu artıq qəhrəmanın yeni doğuluşudur!
“Yüz il inqilab” əsəri ilk növbədə, fərdin mənəvi təkamülünün, ondakı ruhsal abstaksiyanın gücünü bütünlükdə əsərin sirayət mənbəyinə çevirdiyi üçün maraq doğurur.
Əsərdəki inqilab effektini də qəhrəmanın hadisədən hadisəyə adlayan yaddaş lövhələri, mənəvi katarsisinə aparan yaşantılar sırası doğurur. Bununla da, əsərdə mətndaxili bütövlük əvvəldən-axıra qorunmuş olur və bədii təcəssüm üzvi təsir bağışlayır.
“Bu dünya həqiqətən də ədalətsizliyin məkanıdı. Ədalət ölənlərin xülyasıdı. Məncə, ədalətdən gülməli bir şey yoxdu. Mən bu zibillikdə ədalətin uğrunda döyüşənləri də, ədalətə tüpürənləri də yaxından gördüm. Məncə, ədalət yoxdur. Bu dünyada yeganə həqiqət-Müharibədir!”
İnqilab fəlsəfəsi – romandan keçən əsas qayə kimi aktuallanır. Ondan başlanır ki, qəhrəmanın düşüncələri qanadında Təbrizin qanlı portretinin seyrinə dalırıq, onun başı dümanlı yüz ilinin daha bir səhifəsini çeviririk. Onda qurtarır ki, əsərin qəhrəmanı Seyid içindəki şərə üsyana qalxır, inqilab edir, “bu dünyadan dörd alçağı azaltmaqla” ətalət buzunu sındırır. Bununla da, müəllif bir insanın şüurunda qopan inqilab tufanı ilə dirilmə prosesini təqdim edir. Roman bitir, bədii mətn isə hələ bundan sonra başlayır.
***
Yüz ilin inqilabları, müharibələri... Nə qazandırır topluma? Bir halda ki, hər cəhd elə yerindəcə boğulur, azadlıq fədailəri xəyanətin qurbanına çevrilirlər. İsmayıl Şıxlının “Ölən dünyam” romanında belə bir epizod var. “Troyka” adına qərarlar çıxaran və qanlar tökən Fətullayev həbs edilmiş Çapıq Əmraha sual edir:
“- Gəncədə döyüşdünüz. Insan qırğınından başqa nə qazandınız?
Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı:
Mərdlik. Cəsarət. Bəs siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq. ... Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız...”
Bu sualın tutarlı cavabı ilə elə “Yüz il inqilab” romanında da qarşılaşırıq: “Müharibə azadlığa aparıb çatdırmasa da, azad insan yarada bilər!” Azadlığın müqəddəs yolu elə bu cür mübarizələrdən, inqilablardan başlayır. Yüz il davam etsə belə...