-
Rəssam Tahir Salahovla Bakıda banklarla bağlı keçirilən beynəlxalq tədbirdə qarşılaşanda təəccübləndik. Bank işçiləri ard-arda müxtəlif dillərdə çıxışlar edirdi, o isə foyedə dolaşırdı. Darıxırdı deyəsən. Dedi ki, onu konfransa dəvət ediblər, o da – Sovetlər Birliyinin xalq rəssamı rəsmlərinin sərgisini təşkil edib burda. Sərgidə Mstislav Rostropoviç, Fikrət Əmirov, Heydər Əliyevin portretləri var. Bəs «Təmirçilər», «Növbədən qayıdanlar»? Ona şöhrət gətirən, sərt üslubda işlədiyi Azərbaycan neftçilərinin rəsmləri haradadır?
83 yaşlı Tahir Salahovla ayaqüstü söhbəti təqdim edirik.
- Tahir müəllim, niyə həmişə neftçiləri çəkirdiniz?
- Biz Bakıda anadan olmuşuq. Neft də ətrafımızdadır. «Neft Daşları»nda işləyənlər mənim xoşuma gəlirdi. Onların əlləri, gözləri. Mərd adamlardır. Ona görə şəkillərini çəkirdim.
- Siz rəsmlərinizdə Azərbaycan neftçisinin yorğunluğunu, işinin gərginliyini olduğu kimi vermisiz. Bugünkü Azərbaycan neftçisinin rəsmini də çəkmək istərdizmi?
- Azərbaycan həmişə ürəyimdədir. Neft barəsində də çox çəkmişəm, yenə də çəkəcəm.
- Onlar 1950-ci illərin rəsmlərindən fərqlənirmi? Neftçilərin bugünkü güzəranı, yaşayışı…
- Mən bu yaxınlarda «Odlar ölkəsi» adlı 3 tablo işləmişəm, onları İncəsənət Muzeyinə qoyublar. Bu yaxında Naxçıvanda sərgim oldu. Yüksək səviyyədə təşkil etmişdilər. Mən orda dedim ki, camaat gedir Londonda, Parisdə, Nyu-Yorkda sərgi keçirir, mən Naxçıvana gəldim. Naxçıvan həmişə mənim ürəyimdədir. 10 il orda Ali Sovetin deputatı olmuşam.
- Yenidən deputat olmaq istərdiz?
- Yox. Deputat gərək professional olsun, hüquqşünas olsun. Mən isə rəssamam. Vaxtımı nə üçün orda, Məclisdə itirməliyəm?
Tahir Salahov sərgidə bir əsərindən ayrıca danışır. Bu rəssamın 1998-ci ildə çəkdiyi portretdir.

- Bu, Heydər Əliyevin portretidir, ona 1998-ci ildə, 75 illiyində bağışlamışam. İki-üç həftədən sonra mənə zəng vurdu ki, «Tahir, mən istəyirəm bu portreti muzeyə bağışlayasan. Mən onu sənə verirəm ki, muzeyə bağışlayasan, orda qalsın, qoy camaatın yadında belə, necə çəkmisən, elə qalım.
- Tahir müəllim, elə adamlar olur ki, onun üz cizgilərini çəkmək asan olmur. Heydər Əliyevlə bağlı belə çətinlik olmayıb?
- Çətinlik olub… Heydər Əliyev istəyirdi şəklini oturduğu yerdə çəkim. Mən onu qaldırdım. Soruşdu ki, neyçün Tahir? İzah etdim ki, adam oturanda bir az sıxılır. Amma ayaqüstündə gözəl görünür. Dedi ki, sən məni öyrətdin ki, şəkil çəkdirəndə mən necə durum, hər yerdə belə kişi formasını saxlayım. Bizim Heydər Əliyeviç prezidentdir.
- Nə qədər vaxta çəkdiz portreti?
- Bir ilə.
- Heydər Əliyevi nə qədər ayaqüstündə saxlamısız?
- Bir-iki kərə görüşmüşük onunla. Haçan işləmirdi onda, bazar günü saat 1-dən 6-dək mənə vaxt vermişdi. O, ayaqüstündə dururdu, mən də çəkirdim. Sonra istirahət edirdi. Gözəl atmosfer olurdu. Sənət adamlarına hörmət edirdi…
- Bəs İlham Əliyevin portretini çəkmək istəmirsiz?
- (Rəssam xeyli susdu və nəhayət dilləndi) Allah kərimdir…
Onun üçün də sənə verirəm» dedi. Ona görə də, əsəri muzeyə bağışladım.- Tahir müəllim, elə adamlar olur ki, onun üz cizgilərini çəkmək asan olmur. Heydər Əliyevlə bağlı belə çətinlik olmayıb?