-
R. İBRAHİMBƏYOVUN ÜSTÜNƏ ARDNŞ GEDİR
«Azadlıq» qəzetinin yazdığına görə, Rüstəm İbrahimbəyovun üstünə indi də ARDNŞ gedir.
Belə ki, Dövlət Neft Şirkəti İbrahimbəyovu ittiham edən açıqlama yayıb. Açıqlamada iddia olunur ki, «son vaxtlar Rüstəm İbrahimbəyovun bir sıra mətbuat orqanlarına verdiyi müsahibələrdə ARDNŞ-in nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar irəli sürülür. Bu müsahibələrdən açıq-aşkar görünür ki, R. İbrahimbəyovun narazılığı onunla əlaqədar olan bir neçə torpaq mübahisəsi ilə birbaşa bağlıdır...
Məhkəmə araşdırmaları müəyyən edib ki, həmin torpaq sahələri İbrahimbəyovun həyat yoldaşı və yaxın qohumlarının adına fərdi yaşayış evlərinin tikilməsi üçün heç bir hüquqi əsası olmayan bələdiyyə qərarları ilə ayrılıb...».
R. İBRAHİMBƏYOV XARİCİ ANTİ-AZƏRBAYCANÇI DAİRƏLƏRİN TEZİSLƏRİNİ TƏKRARLAYIR
«Yeni Azərbaycan» qəzeti «Qoca kinorejissorun siyasi çırpınışları və ziddiyyətli məntiqi» başlıqlı yazıda Rüstəm İbrahimbəyovdan yazır. Qəzet sual edir ki, «Biz bir-birimizi qıracağıq» arzusu ziyalı mövqeyidirmi...?.
«Öz anti-Azərbaycan mövqeyi və dağıdıcı fikirləri ilə bir müddətdir ki, gündəmdə olan Rüstəm İbrahimbəyov bir neçə gündür mətbuat orqanlarına verdiyi serial müsahibəsində Azərbaycanda mövcud siyasi kursun dəyişməyəcəyi təqdirdə ölkəni «dəhşətli inqilab»la hədələməklə, «Suriya, Misir bizim yanımızda toya getməli olacaq» deməklə, əslində, bəzi xarici anti-azərbaycançı dairələrin iddia və arzu etdikləri tezisi təkrarlayır».
RƏSMİ BAKI AVROPA İTTİFAQINA QARŞI
«Yeni Müsavat» qəzeti Rəsmi Bakının Avropa İttifaqına qarşı olduğunu yazır. Qəzet bildirir ki, Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes-un Bakıdakı İnternet Forumu zamanı hakimiyyəti sərt tənqid edən çıxışları və konfrans zamanı onun iki köməkçisinin noutbukuna müdaxilə edilməsi ilə bağlı qalmaqal diplomatik xarakter alıb. Noyabrın 14-də Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev Aİ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralph Piltsi qəbul edərək, Neelie Kroes-un forumdakı bəyanatının və tvitterdəki səhifəsində yerləşdirilmiş məqaləsinin reallığı əks etdirmədiyini bildirib. Qeyd edilib ki, bu cür əsassız fikirlər Azərbaycanla Aİ arasında əlaqələrə xələl gətirə bilər.
LİDERLƏRİN VƏ TƏŞKİLATÇILARIN HƏBSİ ÜÇÜN HÜQUQİ ZƏMİN HAZIRLANIR
«Bizim Yol» qəzetinin yazdığına görə, hakimiyyətdə müxalifətə qarşı sensasiyalı plan hazırlanıb. Hakimiyyət liderləri həbs etməyə, partiyaları bağlamağa, vətəndaşların müxalifətə qoşulmasını əngəlləməyə hazırlaşır.
Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 15-də keçirilən iclasında Cinayət Məcəlləsinə əlavə və dəyişiklik müzakirə edilib. Prezident Administrasiyası tərəfindən təqdim olunan dəyişikliklərdə siyasi partiya üzvü olmağa və siyasi partiya üzvü kimi qalmağa məcbur etməyə görə, cinayət məsuliyyəti nəzərdə tutulur. Belə ki, siyasi partiya üzvü olmağa və siyasi partiya üzvü kimi qalmağa məcbur etməyə görə 2 ilədək həbs veriləcək.
Qəzet hesab edir ki, hakimiyyətin bu addımı atması gələn il keçiriləcək prezident seçkilərində siyasi aktivliyi azaltmağa hesablanıb. Dəyişikliklərin mahiyyəti ondan xəbər verir ki, müxalifətin tamamilə siyasi səhnədən çıxarılması nəzərdə tutulur. Partiyaların bağlanması, liderlərin və təşkilatçıların həbsi üçün hüquqi zəmin hazırlanır.