-
Araz çayı Urmiya gölünün xilaskarı ola biləcəkmi? Son günlər bu göl ətrafında baş verənlər həmin sualı gündəmə gətirib.
İran hökuməti Araz çayının Urmiya gölünə axıdılması üçün Azərbaycanın razılığını istəyir.
«İran Arazın suyunun Urmiya gölünə axıdılmasına Azərbaycanın razılığını istəyirsə, mövzunu Azərbaycanla birgə müzakirə etməlidir».
Azərbaycanın Ekologiya və Təbii Sərvətləri naziri Hüseynqulu Bağırov noyabrın 21-də jurnalistlərə açıqlamasında belə deyib. Nazir əlavə edib ki, Azərbaycan hökumətinə rəsmi müraciət edilərsə, məsələnin ekoloji cəhətləri ilə yanaşı, siyasi, iqtisadi tərəfləri də kompleks şəkildə təhlil oluna bilər. Onun fikrincə, yalnız bundan sonra hər kəsi qane edən yekun nəticəyə gəlmək olar.
ÇAY SUYUNUN BİOLOJİ HƏYATI GÖLƏ NECƏ TƏSİR EDƏCƏK?
Hüseynqulu Bağırov Azərbaycanla İran hökuməti arasında müqaviləyə toxunarkən çay suyunun özəlliklərini gözardı etməməyə çağırıb:
«Suyun çayda öz bioloji həyatı var və hər bir ölkə ordan hansı ehtiyaclar üçün su götürə biləcəyini müəyyənləşdirib. Bundan əlavə, müqavilədə gələcəkdə çayın üzərində hansı qurğuların qurula bilməsi, bu prosesin hansı prinsiplərə əsaslanmalı olduğu, ölkələrlə hansı prinsiplərin razılaşdırılması öz əksini tapıb».
Urmiya gölünün 70 faizi quruyub və hektarlarla ərazi şoranlaşıb. [İNTERAKTİV XƏRİTƏ] İran hökuməti Urmiyanın qurumaması üçün Araz çayının suyunun gölə yönləndirilməsini çıxış yolu sayır.
BMT oktyabrda bu gölün bərpası üçün 135 milyon dollar ayırıb.
«İRAN ÖZÜNÜ «TƏƏSSÜBKEŞ» KİMİ GÖSTƏRİR...»
Milli Məclisin deputatı Fəzail Ağamalı İranın Urmiya gölünün xilası barədə fikirləri birmənalı qarşılamır. Onun düşüncəsinə görə, İran beynəlxalq təpkilərdən sonra özünü quruyan gölün «təəssübkeş»i kimi göstərir:
«Məncə... Azərbaycan bu təklifə razılıq verməsə, İran tərəfi gölün qurumasının səbəbini və günahını Azərbaycanın üzərinə ata bilər. Ümumiyyətlə, Araz çayının imkanlarından istifadə etməklə Urmiya gölünün qurumasının qarşısını almaq olduqca çətin həyata keçiriləcək bir layihədir. Çünki mütəxəssislərin də əvvəllər dediyi kimi, Araz çayı Urmiya gölündən aşağı hissədə yerləşir. Çay suyunun yuxarı istiqamətə axması və gedib Urmiyaya çata bilməsinin özü başqa bir problemdir».
Fəzail Ağamalı deyir ki, Araz çayının Urmiya gölünə axıdılmasının bölgədəki ekoloji mühitə, təbii proseslərin tarazlığına təsirinin də mütəxəssislər tərəfindən öyrənilməsini zəruridir.
URMİYANI ARAZSIZ DA QURTARMAQ OLAR
Yaşıllar Hərəkatının həmsədri Fəridə Hüseynova hesab edir ki, Urmiya gölünü Arazsız da qurtarmaq mümkündür. O deyir ki, bunun üçün Urmiyaya gələn və qarşısı süni yollarla kəsilən su mənbələrinin yenidən gölə buraxılması yetərlidir. Ekoloqun fikrincə, Araz çayının Urmiyaya axıdılması bu bölgədə daha bir ekoloji fəlakət doğura bilər:
«Çayın axınını döndərmək ekologiyaya tamamilə zidd olan bir məsələdir... Çünki bu zaman çayın özü, o cümlədən bu çaydan asılı eko-sistemlərin hamısının vəziyyəti pozulacaq».
İranda yaşayan azərbaycanlılar dəfələrlə gölün qurumasına etiraz aksiyaları keçiriblər. Hətta həbs edilənlər olub. Etirazçıların fikrincə, bu bölgədə yaşayan azərbaycanlıları pərən-pərən salmaq üçün hökumət gölün qurumasına göz yumur.
UNESCO nadir flora və faunasına görə Urmiya gölünü təbii miras sayıb. İranın Azərbaycan əyalətində yerləşən bu göl Yaxın Şərqin ən böyük gölüdür.