Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:53

Abramovich “Çelsi”nin yeni məşqçisini elan etməyə hazırlaşır


Roberto Di Matteo komandasının “Yuventus”a 0:3 hesabı ilə məğlubiyyətinə belə reaksiya verir. 20 noyabr 2012
Roberto Di Matteo komandasının “Yuventus”a 0:3 hesabı ilə məğlubiyyətinə belə reaksiya verir. 20 noyabr 2012
-

İngiltərənin “Çelsi” futbol klubu baş məşqçi Roberto Di Matteo-nun vəzifəsindən qovulmasından sonra özünün yeni rəhbərini elan etməyə hazırlaşır.

“The Daily Mail” qəzeinin yazdığına görə, bu, “Liverpulun” keçmiş məşqçisi Rafael Benitez ola bilər.

Hazırda “Çelsi”nin rəhbərliyi Stamford Bricdəki qərargahında təcili iclas keçirir.
Di Matteo-nun səhər 4 radələrində işsiz qaldığı xəbər verilir.

Komandanın sahibi Roman Abramovich onun yerinə Pep Guardiola-nı gətirməyə can atır, lakin Barselonanın keçmiş məşqçisi hazırda Nyu Yorkda uzunmüddətli yaradıcılıq məzuniyyətindədir.

Məhz buna görə də Rafael Benitez-ə komandanı mövsümün sonunadək idarə etmək tapşırıla bilər.

Benitez jurnalistlərin suallarına nə təsdiq, nə də inkar cavabı verib.

Çempionlar Liqasında “Çelsi”nin “Yuventus”a 0:3 hesabı ilə məğlubiyyətini bağışlaya bilməyən komanda sahibi və direktorlar şurası, hər halda Roberto Di Matteo-ya “Çelsi” üçün indiyədək etdiklərinə görə təşəkkürünü bildirib.

Xəbər verilir ki, Di Matteo-nun əmri o, havada olarkən, yəni İtaliyadan İngiltərəyə uçarkən verilib.

İndi “Çelsi” Çempionlar Liqasının final mərhələsinə çıxmaq üçün E qrupunda möcüzə etməlidir.

Əgər möcüzə baş tutmasa, “Çelsi” Çempionlar Liqasının qalibi titulu ilə yarışın qrup mərhələsini keçə bilməyən ilk komanda olacaq.
XS
SM
MD
LG