-
«Associated Press» agentliyi bildirir ki, Obama administrasiyası «şirkətin biznes şəffaflığının olmaması və 2010-cu ildə Meksika Körfəzində baş vermiş Deepwater Horizon qəzası ilə bağlı cinayət işi araşdırmaları səbəbindən BP-nin federal kontraktlar bağlamasını müvəqqəti dayandırır».
Xəbər verilir ki, ABŞ Ətraf Mühitin Mühafizəsi Administrasiyasının bu addımının indiyədək mövcud olan kontraktlara təsiri olmayacaq, lakin BP və onun filial və ya şərikləri «şirkət federal biznes standartlarına cavab verdiyinin sübutunu ABŞ hökumətinə təqdim etməyincə, yeni kontraktlar bağlaya bilməyəcəklər».
BP-nin London qərargahı bildirib ki, ABŞ hökumətinin qərarı ilə bağlı şərhini az sonra verəcək.
AP-nin məlumatına görə, BP noyabrın əvvəllərində elan etmişdi ki, ehtiyatsızlıq üzündən 11 neftçinin ölümündə, neft axıntısının miqyasları barədə Konqresə yalan məlumat verməsində günahlarının etirafına və Ədliyyə Departamentinin 4, 5 milyard dollarlıq təhqiqat xərclərini ödəməyə hazırdır.
BP-nin və ABŞ Ədliyyə Departamentinin vəkilləri bu məsələləri həll etmək üçün dekabrda danışıqlara başlayacaqlar.
Qadağan qərarının BP-nin hansı potensial kontraktlarına aid olacağı bilinmir.
BBC xəbər verir ki, bu qadağanın neçə müddətə qoyulduğu da hələlik bəlli deyil.
PENTAQONUN ƏSAS YANACAQDOLDURANI
AP xatırladır ki, BP Amerika ordusunun əsas yanacaq təchizatçısıdır.
BBC-nin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi ötən il BP-yə 1,35 milyard dollarlıq kontraktlar verib.
Xəbər verilir ki, BP-nin Amerika ordusu ilə kontraktlarının ümumi dəyəri ötən il 33 faiz artıb.
BBC xəbər verir ki, Pentaqon bu kontraktları BP-yə, şirkətin Meksika Körfəzində baş vermiş fəlakətə görə cəlb olunduğu məhkəmə xərclərini ödədiyi bir vaxtda verib.
«The Daily Telegraph» qəzeti isə yazır ki, bu qadağa BP-nin bütün Amerika bazarı boyunca, həmçinin şirkətin əsas coğrafi sektorunda yataqların işlənməsinə və təchizata dair gözlənilən kontraktlarını donduracaq.
Qəzet yazır ki, BP-yə öncədən xəbərdarlıq edilmədən qəbul olunmuş qərar şirkətin səhm qiymətlərini dərhal aşağı salıb.
BP AMERİKADAN YAVAŞ-YAVAŞ GEDİR?
BP özünün coğrafiyasını Rusiyaya doğru genişləndirsə də, ABŞ onun daha böyük bazarı olaraq qalır.
Rəqəmlərlə deyilsə, şirkətin son rübdə əldə etdiyi 3 milyard dollarlıq gəlirin 1,7 milyard dolları Amerika bazarının payına düşür.
Bununla belə, BP hazırda ABŞ-dakı neftayırma biznesini tərk etmək prosesindədir.
Bu ilin əvvəllərində şirkət elan etmişdi ki, Texas neftayırma zavodunu, həmçinin neft axıntısı baş vermiş sahəni Marathon Petroleum Corp şirkətinə 600 milyon dollara satmağı planlaşdırır.
Ötən sentyabrda BP həmçinin bildirmişdi ki, Meksika Körfəzindəki daha 5 mülkiyyətini 5,6 milyard dollara Plains Exploration and Production şirkətinə satacaq.
Lap elə bu günlərdə isə BP elan edib ki, Şimal dənizindəki yataqlarını Abu Dabinin «Taqa» enerji şirkətinə sataraq daha 1,1 milyard dollar əldə etmək niyyətindədir.
Britaniyanın aparıcı analitik mərkəzlərindən «RBC Capital Markets» şirkətindən Peter Hutton deyir ki, bəzi əlamətlər BP-nin Amerikaya marağının azala biləcəyini göstərir. Bu əlamətlərdən biri də BP-nin baş maliyyə meneceri Brian Gilvary-nin bu yaxınlarda keçirilmiş mətbuat konfransında səsləndirdiyi fikirlərdir. Cənab Gilvary bildirmişdi ki, BP-nin ABŞ-dakı investisiya prioritetləri dəyişə bilər.
«Meksika Körfəzi bizim 2013-cü il üçün planlaşdırdığımız istehsal artımının 20 faizini təşkil edir və biz inanırıq ki, hazırkı qərar bu layihələrə təsir etməyəcək», Brian Gilvary deyib.
BP-nin son bəyanatına görə, şirkət hazırda ABŞ administrasiyası ilə birlikdə elə bir razılaşma üzərində işləyir ki, bütün problemlər həll edilə və qadağa aradan qaldırıla bilər.