-
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına vəkil Aslan İsmayılov söylədi.
KÖHNƏ KİTABIN YENİ VERSİYASIDIR
«Sumqayıt» kitabının ABŞ-da ingilis dilində nəşrinə nail olan tanınmış vəkil bunu öz gücünə etdiyini bildirdi:
«Bu, köhnə kitabın yeni versiyasıdır. Oğlum Amerikada oxuduğundan, ingilis dilini yaxşı bilir. Onu öz dostu Thomas Goltz-la birlikdə tərcümə etdilər. Redaktəsini də prof. Thomas Goltz elədi. Ona təşəkkür edirəm. İndi Amazon.com saytında satışa çıxarılıb».
AZƏRBAYCAN HÖKUMƏTİ BİGANƏ QALDI...
Aslan İsmayılov «Sumqayıt» kitabını Azərbaycan üçün yararlı və dəyərli hesab edir:
«Təəssüf ki, Azərbaycan hökumətinə nə qədər müraciət etsəm də, buna biganə qaldılar. Kitab Azərbaycan dilində çıxan kimi istəyirdim ki, bütün dillərə tərcüməsinə hökumət kömək etsin. Heç bir iş görmədilər. Özüm tərcümə elədim rus, türk, ingilis dilinə. Sonra xahiş elədim ki, kitabı Xarici İşlər Nazirliyi və Diaspor Komitəsi vasitəsilə dünyada yaysınlar. Buna da biganə qaldılar... Bir də xahiş elədim ki, kitabın bəzi hissələrini orta məktəblərdə tədris etsinlər. Çünki gənc nəsil Sumqayıtda nə baş verdiyindən xəbərsizdir».
SUMQAYIT HADİSƏLƏRİNİ KİM TƏŞKİL EDİB?
Aslan İsmayılov əmindir ki, ermənilər 1915-ci il genosidini aktuallaşdıran kimi, 3-5 il sonra Sumqayıt məsələsini də dünyada qaldıracaqlar:
«Bunun qarşısını almaq üçün biz gəncləri məlumatlandırmalıyıq. Çünki Sumqayıt hadisələrinin bizə heç bir dəxli yoxdur. Onu təşkil edən SSRİ DTK-sı ilə erməni millətçiləridir».
HÖKUMƏT BU İŞDƏ MARAQLI DEYİL
Aslan müəllim hökumətdə təmsil olunanların bu işdə maraqlı olmadığına bir daha təəssüfləndi:
«Çünki əksəriyyəti Azərbaycana yad insanlardır. Və çox təzadlı olsa da, prezident Heydər Əliyev Mərkəzinin açılışında Sumqayıt hadisələri ilə bağlı danışmışdı. Kitabın adı çəkilməsə də, mən ona məktub yazmışdım. Və məktubun çatdığını bilirdim. Prezident bu barədə fikir söyləsə də, kitaba köməklik əvəzinə maneçilik oldu...».
NECƏ MANEÇİLİK TÖRƏTDİLƏR?
Aslan İsmayılov maneçiliyin nə olduğuna da aydınlıq gətirdi:
«Mən «Sumqayıt» saytını yaratmışdım. Onlar da başqa adla yaratdılar. Mənim yaratdığım saytdakı materialları da ora qoydular... Vəssalam. Daha heç nə etmədilər».
XARİCİ İŞLƏR NAZİRLİYİ DƏ BİGANƏ QALDI...
Kitabı çap edib pulsuz Xarici İşlər Nazirliyinə təqdim edən vəkil burada da biganəlik görüb:
«Orada əvvəl Elxan Poluxov işləyirdi. Gördüm bu işə həvəs göstərir. İstəyirdi kitabı yaysın. Amma sonra onu bu işdən çəkindirdilər deyəsən...».
20 İLDİR BU KİTABI GÖZLƏYİRDİK
Aslan müəllim Amazon saytında artıq kitabla bağlı bir şərh yazıldığını deyir:
«Yazıblar ki, 20 ildir ki, bu kitabı gözləyirdik... Artıq bu qərara gəldim ki, Azərbaycanı sevənlər, özünü ölkənin vətəndaşı sayanlar bu hakimiyyətdən əlini üzməlidir. Özümüz bu işlə məşğul olmalıyıq. Xüsusilə gənc nəsil, sosial şəbəkələrdə--harada imkan var—bu kitabın yayılmasında yardımçı olsunlar. Kitabın türk, Azərbaycan və rus versiyası PDF variantında Sumgayit1988.com saytında var. Gənclərdən kömək gözləyirəm».
«Sizlərdən, Azərbaycanı sevən bütün şəxslərdən xahiş edirəm ki, bu kitabı öz saytlarında, «Facebook» səhifələrində, KİV-lərdə yaysın».